Sizin reklam burada

UEG rəsmisi DÇ üçün “yaşıl işıq” yandırdı

Baxış Sayı:541

UEG rəsmisi DÇ üçün “yaşıl işıq” yandırdı
Bakıda səfərdə olan Avropa Gimnastika İttifaqının (UEG) batut gimnastikası üzrə texniki komitəsinin prezidenti Vladimir Zeman ölkəmizin gələn il qitə birinciliyini keçirməyə hazır olduğunu dilə gətirib. UEG rəsmisi Milli Gimnastika Arenasını tərifləməyi də unutmayıb: “Bu arena gələn il batut gimnastikası, tamblinq və ikili mini-batut üzrə Avropa çempionatını qəbul etməyə tam hazırdı. Bu kompleks qitənin ən yaxşı arenalarından biridi. Biz Bakıya ilk növbədə yarışlara hazırlıq ilə tanış olmağa gəlmişik. Eləcə də iki gün ərzində texniki komitənin iclaslarını keçirəcəyik. Bakı böyük yarışların keçirilməsində böyük təcrübəyə malikdi. İki il əvvəl burda ilk Avropa Oyunları yüksək səviyyədə təşkil olundu. Bundan başqa, Bakı iki dəfə batut gimnastikası və başqar gimnastika növləri üzrə Dünya Kuboku yarışlarını qəbul edib. Milli Gimnastika Arenasında batut üzrə dünya çempionatı da keçirilə bilər. Bu, növbəti addım olmalıdı”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR