• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Novruz Əzimov “Dinamo-Avto”nu toparlamağa çalışır - MÜSAHİBƏ

Dünya futbolu / Manşet / Müsahibə

30-09-2022, 13:0

Azərbaycanlı futbolçuların legioner həyatı yaşamağa can atmaması bir dərddisə, məşqçilərimizin xarici klublarda bacarıqlarını göstərə bilməməsi başqa bir dərddi.

Bu vaxta kimi barmaqla sayılacaq qədər məşqçi ölkə xaricində çalışıb. Bu yaxınlarda Nazim Süleymanovun "Ximki"nin U-19 komandasına, Novruz Əzimovun isə Moldova "Dinamo-Avto"suna keçidini məşqçilərimiz adına uğur saya bilərik. Novruz bəy vaxtilə "Dinamo" və "Bakı"nın “sükanı arxasında” olub. Dünən onunla təyinatının detalları, yeni komandasının hazırkı durumu və başqa mövzular ətrafında söhbətimiz baş tutdu.

- Necə oldu ki, "Dinamo-Avto"nun baş məşqçi postuna təyinat aldız?

- Məndən əvvəl komandaya rəhbərlik edən baş məşqçi 6 turdan sonra cəmi 2 xal toplamışdı. Bununla yanaşı, "Dinamo-Avto" rəqib qapılarına qol da vura bilməmişdi. Belə nəticələrə görə baş məşqçiylə yollar ayrıldı. Klubun idman direktoru Rəsul Şükürsoyla yaxın əlaqələrimiz olub. Sağ olsun, namizədlliyimi klub rəhbərliyinə təklif edib. Rəhbərlik də təklifi müsbət qarşılayaraq, məni "Dinamo-Avto"ya baş məşqçi gətirdi. Sentyabrın 7-dən burdayam. Komanda rəhbərliyim altında 2 oyuna 4 xal qazanıb. Rəqib qapılarına 3 top vurub, 1 qol buraxmışıq. Hələ ki işimiz planlarımıza uyğun gedir.

- Futbolçularımız legioner həyatı yaşamağa meyilli olmadığı kimi, adətən, məşqçilərimiz də xarici klublardan təklif almır. Sizin "Dinamo-Avto"ya, Nazim Süleymanovun isə "Ximki"in U-19 komandasına baş məşqçi təyinatı gözlənilməz oldu. Bizim mütəxəssislər xaricdə özlərini niyə sınamaq istəmir?

- İstəmirlər deməzdim. Yetərincə təcrübəli, PRO kateqoriyalı mütəxəssislərimiz var ki, xarici ölkələrdə rahat baş məşqçi kimi çalışa bilər. Sadəcə, buna şərait yaradılmalı və təkliflər olmalıdı. Burda peşəkar menecer işi əsasdı. Nə qədər peşəkar menecerlərimiz olacaqsa və onların məqsədi xaricə futbolçuları və mütəxəssisləri göndərmək olacaqsa, bir o qədər də futbolumuz dünyaya səs salacaq.

- Azərbaycan futbolunda zəngin karyeraya və nüfuza sahibsiz. Yerli klublardan təklif olmadı?

- Heç bir təklif yox idi. Ona görə də "Dinamo-Avto"nun təklifini dəyərləndirdim.

- Moldova ilə Azərbaycan çempionatı bir-birindən çox fərqlənir?

- O qədər də çox fərqlənmir. Aşağı-yuxarı eyni səviyyəli çempionatdı. Yeganə fərq odu ki, Azərbaycan premyer-liqasında "Qarabağ", "Neftçi", "Sabah" kimi böyük maliyyəsi, gücü olan klublar var. Moldovada isə yalnız "Şerif" dominantlıq edir.

- "Dinamo-Avto" çempionata mənfi xalla başlayıb. Bu sizə çətinlik yaratmır?

- Əlbəttə, çox çətinlik yaratdı. Komanda çempionata -4 xalla başlamışdı. Belə olanda kollektivdə psixoloji planda həmişə gerilik olur. Şükürlər olsun ki, mənfi xal fərqini aradan qaldırmışıq. Çalışırıq ki, bütün problemləri həll edək.

- "Dinamo-Avto"nun maliyyə durumu, şəraiti necədi?

- Maliyyə, infrastruktur baxımından şəraitimiz ortadı. Məşq etmək üçün imkanlarımız pis deyil. Sərəncamımızda bir süni, bir təbii örtüklü 2 böyük stadion var. Komandanın bütün üzvləri bazada qalır. Onların qidalanması, istirahəti, vaxtını səmərəli keçirməsi üçün lazımi şərait yaradılıb. "Dinamo-Avto"nun bazası bir qədər "Turan Tovuz"un bazasına bənzəyir.

- Heyətinizdə səviyyəli, təcrübəli futbolçular çoxdu, yoxsa gənclərə üstünlük verirsiz?

- Heyətin əsası gənclərdən təşkil olunub. Onların da çoxu bərkə-boşa düşməyən, yeni təcrübə toplayan oyunçulardı. Cəmi 4 futbolçumuz 20 yaşdan yuxarıdı (transfermarkt.com saytına baxarkən "Dinamo-Avto"nun heyətində 12 futbolçunun 20 yaşdan yuxarı olduğunu görürük. Onlardan cəmi 4-ü 22 yaşdan yuxarı olanlardı – A.İ.). Heyətimizdə Qabon millisinin iki üzvü - qapıçı Daliyan və dayaq yarımmüdafiəçi Bonqo, Tacikistan yığmasının üzvü Mihruban Kərimov və Moldovanın aşağı yaş üzrə millilərində çıxışı edən oyunçular yer alır. Çox istərdim ki, komandada təcrübəli futbolçuların sayı çox olsun. Oyun zamanı komandanı meydanda idarə etmək üçün təcrübəli futbolçular həmişə lazımdı.

- Klub rəhbərliyi qarşınıza hansı vəzifə qoyub? "Dinamo-Avto"nu cari mövsümdə hədəfi nədi?

- Qarşımıza qoyulan əsas məqsəd oyun planında “artıraraq”, maksimum xal toplamaqla ilk "6-lığ"a düşməkdi. Həmçinin ölkə kubokunda yaxşı çıxış etməliyik.

- Vaxtilə "Dinamo-Avto"da Nurlan Novruzov və Dmitri Nağıyev kimi azərbaycanlı futbolçular çııxış edib. Gələcəkdə komandanıza azərbaycanlı futbolçuları cəlb etməyi düşünürsüz?

- Klubumuzun strategiyasında yerlilərlə yanaşı, gənc əcnəbi futbolçuları cəlb etmək də yer alır. İstəyirik ki, perspektivi olan legionerlər gətirək. Onların potensialını açmaqla həm özlərini üzə çıxaraq, həm də komandamıza fayda verək. Ona görə yalnız Azərbaycanda yox, başqa ölkələrdə də seleksiya fəaliyyətimizi davam etdiririk. Təbii ki, klubun strategiyasına uyğun azərbaycanlı futbolçuların transferində maraqlıyıq.

- Azərbaycanlı futbolçuların Moldova çempionatında çıxış edib, sonra daha səviyyəli Avropa klublarına keçməsi daha asandı, yoxsa Misli premyer-liqasından?

- Moldova çempionatından. Çünki Polşa, Rumıniya, Ukrayna və Rusiyadan olan skautlar çempionatı yaxından izləyir və həmin liqalara futbolçulara transfer edirələr.

- Milli komandamızın seçmə mərhələdəki son iki qələbəsi haqda nə deyə bilərsiz?

- Yığmamızın son oyunlardakı çıxışı və qələbələri hamı kimi məni də sevindirir. Azərbaycan millisi daha yüksək yerlərə layiqdi. Ümid edirəm ki, son 2 matçdakı uğurun davamını gətirəcəklər.

- Sizcə, Canni de Byazini postunda saxlamaq, yoxsa göndərmək lazımdı? Ümumiyyətlə, millinin baş məşqçisi yerli, yoxsa əcnəbi olmalıdı?

- De Byazi qarşısına qoyulan tələbləri yerinə yetirə bilmədi. Millimiz qrup lideri olmaqla B liqasına vəsiqə qazanmaq gücündə idi. Amma baş məşqçinin seçmə mərhələdə apardığı islahatlar, rotasiyalar buna mane oldu. Milan Obradoviçi yola saldığımız kimi, De Byazini və U-19-un baş məşqçisi Miloş Velebiti də göndərməliyik. Azərbaycan millisində yerli kadrlar çalışmalıdı. Əcnəbilərdən daha yaxşı bu işi yerinə yetirəcək məşqçilərimiz var. Əcnəbilərə bu qədər şərait yaradırıqsa, o zaman yerlilər nəyə lazımdı? Bu qədər mütəxəssisin həm ölkədə, həm də xaricdə kurslara qatılmasının adı nədi? PRO kateqoriyasına malik onlarla məşqçimiz var, amma özlərini sübut etmək üçün imkan yaradılmır. Təkrar edirəm, Azərbaycan millisinə birmənalı şəkildə yerli mütəxəssis rəhbərlik etməlidi. İnanıram ki, onlar millimizi əcnəbilərdən daha çox irəli aparacaq.

- Necə düşünürsüz, “Qarabağ” Avropa Liqasında yer aldığı qrupdan çıxa biləcək?

- Ağdam təmsilçisinin yer aldığı qrupdakı komandaların hər biri güclüdü. İkisi top-liqa təmsilçisidi. Buna baxmayaraq, inanıram ki, "Qarabağ" özünəxas oyunu ilə rəqiblərini geridə qoyacaq. Ən azı qrup ikincisi olacağımızı düşünürəm. Qurban Qurbanova və yetirmələrinə uğurlar arzulayıram.

ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

9-09-2022, 13:0

Novruz Əzimov Moldova klubunda

Aktual
Cavid Hüseynov, ortabab komanda, premyer-liqada qalmaq hədəfi... – “Araz-Naxçıvan”da yeni səhifə
“Sumqayıt” yeni baş məşqçi tapa bilmir... – klub rəsmisindən açıqlama
“Qarabağ”ın rəqibi qələbələri sıralayır - heyətdə dəyişiklik varmı?
“Zirə”nin rəqibi autsayderlə bacarmadı – bəs, hansı heyətlə oynadı?
“Kəpəz” uğursuz olsa, Azər Məmmədovla birgə rəhbərlik də cavab verəcək” – “Xəmsə”
Elvin Cəfərquliyev Avstriyaya aparıldı, bəs Abbas hanı? - klub rəsmisi cavab verdi
Son xəbərlər
  • Bu gün, 16:43
    Mundial onun üçün erkən sona çatdı
  • Bu gün, 16:12
    Cavid Hüseynov, ortabab komanda, premyer-liqada qalmaq hədəfi... – “Araz-Naxçıvan”da yeni səhifə
  • Bu gün, 15:41
    “1,5 milyon manatın PFL-in büdcəsində saxlanılmasına icazə verilib” - AFFA-dan açıqlama
  • Bu gün, 15:20
    “Sumqayıt” yeni baş məşqçi tapa bilmir... – klub rəsmisindən açıqlama
  • Bu gün, 14:59
    "Zirə"də daha bir ayrılıq
  • Bu gün, 14:27
    “Futbolu bir çox idman növü kimi dörd hissədən ibarət etməli deyilik” - Aslan Kərimov mundialı dəyərləndirdi
  • Bu gün, 13:57
    Almaniyadan vətəni İspaniyaya qayıdacaq
  • Bu gün, 13:36
    “Qarabağ”ın rəqibi qələbələri sıralayır - heyətdə dəyişiklik varmı?
  • Bu gün, 13:15
    "Araz-Naxçıvan" kolumbiyalı futbolçu transfer etdi
  • Bu gün, 12:54
    Xankəndidə yeni cüdo zalı istifadəyə verildi
  • Bu gün, 12:23
    "Sabah" Avstriyada ilk yoxlama oyununu keçirəcək
  • Bu gün, 11:52
    “Zirə”nin rəqibi autsayderlə bacarmadı – bəs, hansı heyətlə oynadı?
  • Bu gün, 11:31
    "Neftçi"nin sabiq futbolçusu "Ballkani"də
  • Bu gün, 11:10
    PFL klublara 2 milyon 610 min manat ödədi
  • Bu gün, 10:59
    “Kəpəz” uğursuz olsa, Azər Məmmədovla birgə rəhbərlik də cavab verəcək” – “Xəmsə”
  • Bu gün, 10:28
    Elvin Cəfərquliyev Avstriyaya aparıldı, bəs Abbas hanı? - klub rəsmisi cavab verdi
  • Bu gün, 09:51
    1/16 finalda oynayacaq komandalardan 7-si bəllidi - DÇ səhəri
  • Bu gün, 02:02
    İngiltərə - Qana oyununda qol vurulmadı - DÇ gecəsi
  • Dünən, 23:59
    "Pafos" Muradın təqdimatını yayınladı
  • Dünən, 23:45
    "Şahdağ Qusar"da yeni futbolçu
  • Dünən, 23:01
    Portuqaliya Özbəkistanı darmadağın etdi - DÇ gecəsi
  • Dünən, 22:52
    Zaur Ramazanov AFFA-ya getməyə vaxt tapmır – yoxsa bu da qeyri-ciddi məsələdi?
  • Dünən, 22:14
    Mourinyo onları “Real”da görmək istəyir
  • Dünən, 21:43
    ''Fənərbaxça'' 17 futbolçu ilə yollarını ayıracaq
  • Dünən, 21:15
    Qurban Qurbanov Elvini bağışlayıb, yoxsa baha qiymətə satmaq istəyir? – menecerdən açıqlama
  • Dünən, 20:50
    "Zirə"dən daha bir transfer
  • Dünən, 20:24
    Koreyalılar media ilə ünsiyyəti dayandırdılar
  • Dünən, 19:53
    Roberto Karlos Argentina ilə Braziliyanı müqayisə etdi
  • Dünən, 19:22
    Yenidən doğma klubunda oynayacaq
  • Dünən, 18:51
    Amaniyaya qayıtdı
  • Dünən, 18:20
    Milli komandanın rekordçusu oldu
  • Dünən, 17:59
    Susqun “Turan Tovuz”, coşqun Rəşad Sadıqov
  • Dünən, 17:28
    Doğma klubuna qayıtdı
  • Dünən, 16:57
    Nihat Kahvecinin və türk dünyasının göz yaşları... - DÇ təəssüratı
  • Dünən, 16:27
    Ayxan Hüseynov "Zirə"də
Daha çox
Oxunub: 255
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 246
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Oxunub: 231
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 206
Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
Oxunub: 201
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
Oxunub: 198
“Kəpəz”in heybətli görünən sədr və baş məşqçi postu... – Gəncədə uduzmaq üçün şir ürəyi yemək lazımdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə