Fərid Nəbiyev "Slaviya"da
Müəllif: football Tarix: 6-09-2017, 13:42 913 Baxış

Daha bir futbolçumuz legioner həyatı yaşayacaq. “Qəbələ” Futbol Akademiyasının yetirməsi Fərid Nəbiyev karyerasını Çexiyada davam etdirəcək. 19 yaşadək futbolçulardan ibarət yığmamızın da üzvü olan Nəbiyev “Slaviya” ilə 3 illik müqavilə imzalayıb. Qeyd edək ki, futbolçunun keçidində qəzetimizin sabiq əməkdaşı Vaqif Heydərlinin rolu olub. Bu agentin daha öncə Budaq Nəsirovla Valeh Seyidovun transferində iştirak etdiyini də xatırladaq.