Misli premyer-liqasında yeni mövsüm başlayandan bir müddət sonra PFL-də struktur dəyişiklikləri oldu.

Qurumun sabiq rəhbəri Ramin Musayevi Elxan Səmədov əvəzlədi. Aslan Şahgəldiyev vitse-prezident, Zaur Hacı-Məhərrəmov icraçı direktor vəzifəsinə təyin edildi. Elgiz Abbasov Texniki və İdman direktoru təyin olundu. Media və Marketinq Departamenti isə həmkarımız Sənan Abdullayevə həvalə olundu. Bundan sonra qurum kollektiv şəkildə klublarla görüşlərə başladı. Demək olar ki, PFL hər həftə premyer-liqa təmsilçisinin rəsmiləri ilə görüşür.

Bunun səbəbi nədi? Qurum yeni rəhbərini və nümayəndələrini klub rəsmiləri ilə tanış edir, yoxsa bu görüşlərin başqa mənası var? Suallarımızı Aslan Şahgəldiyevə ünvanladıq:

“Hələ 10 klubun hamısı ilə görüşməmişik, “Şamaxı” qalıb. İnşallah, Şamaxıya da səfər edəcəyik. Təkcə premyer-liqa klublarının rəhbərləri ilə kifayətlənməyəcəyik, 1-ci divizion təmsilçilərinin rəsmiləriyilə də görüşəcəyik. Məsələn, “Araz Naxçıvan”la görüşümüz olub. Bu istiqamətdə işlərimiz davam edəcək. Görüşlər, sadəcə, tanışlıq xarakterli deyil. Klubların bizdən nə istədiklərini, gözləntilərini bilmək istəyirik. Ola bilər ki, nələrisə doğru etmirik, bəlkə nəyisə daha yaxşı edə bilərik. Təkliflərini, tənqidlərini, iradlarını, təriflərini (gülür) yerində eşitmək üçün bir-bir hamı ilə görüşürük. Bu toplantılarda onların fikirlərini dinləyir, öz düşüncələrimizi çatdırırıq. Əsas müzakirə mövzusu isə budu: necə edə bilərik ki, premyer-liqamız daha baxımlı və rəqabətli olsun? İnşallah, görüşlərimiz və danışıqlarımız fayda verəcək”.


Maraq üçün qeyd edək ki, sentyabrın 23-də “Sumqayıt”la PFL-in rəhbər heyəti arasında görüş keçirilib. “Kapital Bank Arena”nın konfrans salonunda baş tutan görüşdən sonra qonaqlar tikintisi yekunlaşmaq üzrə olan Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionuna baş çəkiblər. Görəsən, arenanın tikintisi nə vaxt yekunlaşacaq? “Sumqayıt” cari mövsümdə ev oyunlarını yeni stadionda keçirə biləcək? Şahgəldiyev məsələyə belə aydınlıq gətirdi:
“Stadiona 2 dəfə getmişik. Bir dəfə görüşdən öncə, bir dəfə isə görüş zamanı. Bunun da səbəbi var idi. Birinci səfərimiz arenanı təftiş etmək üçün idi. Premyer-liqa matçları zamanı hansısa problem yaranmaması üçün əvvəlcədən baxış keçirdik. Ola bilər ki, hansısa məsələ olsun və onları əvvəlcədən demək istəyirdik. Məsələn, arenanın paltardəyişmə, hakim, tibb, dopinq, nümayəndə, mətbuat konfransı otağı var. Onların yerlərinə baxmaq lazım idi. Bundan başqa, çəkiliş yerləri müəyyənləşməlidi. Gəlin etiraf edək ki, premyer-liqa matçlarının keçirildiyi arenalarda çəkiliş yerləri ilə bağlı müəyyən problem var. Biz də “CBC Sport”un nümayəndəsini onlarla əlaqələndirdik ki, hansısa problem çıxmasın. Nə qədər mükəmməl stadion olsa da, oyundan sonra bütün problemləri bilmək olur. Dünyanın hər yerində belədi. Yoxlamanın səbəbi də çatışmazlıqları minimuma endirmək idi. Qalan məsələlər zamanla həll olunacaq”.


Senytabrın 25-də “Kəpəz”in rəsmi “feysbuk” səhifəsində yer alan paylaşımdan məlum oldu ki, komandanın ev oyunlarını Gəncədə keçirə bilməsi üçün qərara yenidən baxılması ilə bağlı PFL-ə müraciət olunacaq. Görəsən, qurumun bu məsələyə münasibəti necə olacaq? “Kəpəz” ev oyunlarını Gəncədə keçirə biləcəkmi? Aslan bəyin məsələyə münasibəti belə oldu:
“Bəli, “Kəpəz”in ev oyunlarının Gəncədə keçirilməsi ilə bağlı müraciət daxil olub. PFL-in İdarə Heyəti var. Bu məsələlər də orda müzakirə olunur. Hər kəs fikrini detallı şəkildə bildirir. Lakin onu deyə bilərəm ki, bu dəqiqə üçün “Kəpəz”in ev oyunlarını Gəncədə keçirməsi ilə bağlı hansısa yenilik yoxdu. Bəzi saytlar, media orqanları yazır ki, artıq qərar verilib. Lakin belə bir şey yoxdu. Müzakirələr davam edir. Konkret nəsə olsa, saytımızda bununla bağlı ictimaiyyətə məlumat veriləcək”.


Dünən PFL-in rəsmi saytında maraqlı elana rast gəldik. Qurum blogerlərə premyer-liqa matlarında iştirak etmələri üçün akkreditasiya qeydiyyatına start verib. Bu isə PFL tarixində ilkdi. Vitse-prezident məsələyə belə aydınlıq gətirdi:
“Bilirsiz, blogerlər təkcə bizdə yox, Avropanın bir çox çempionatlarında iştirak edir. Onlar görüşlər barədə fikirlərini bildirir, stadionda olan ab-havanı izləyicilərinə çatdırırlar. Bununla bağlı müraciətlər var idi, müəyyən adamlarla danışıq aparırdıq. PFL-in Media və Marketinq Departamentinin rəhbəri Sənan Abdullayevlə məsələ ilə bağlı müzakirəmiz oldu. Sonradan belə qərara gəldik ki, bizdə də buna ehtiyac varsa, niyə də etməyək?! “Feysbuk”, “yutub”, “instaqram” və ya “tik-tok”da müəyyən kütləsi olanlar bizə müraciət edə bilər. Baxış keçirdikdən sonra onlara vəsiqə verəcəyik. Ötən mövsümlərdə də onların çoxu oyunlara gəlmək, vəsiqə əldə etmək istəyirdilər. Biz bunu etmək istəmədik. Çünki vəsiqə jurnalistlərə məxsus sənəddi. Qərara gəldik ki, stadiona girə, oyunları media tribunasından izləyə bilərlər. Lakin mətbuat konfransı otağına və miks-zonaya girişə imkan verilməyəcək. Məncə, onların gəlişinin hansısa ziyanı olmayacaq. Əlbəttə, bunu zaman göstərəcək. Gəlsinlər, oyunları və stadiondakı ab-havanı izləyicilərinə çatdırsınlar. Bəlkə bu, gələcəkdə stadiona daha çox azarkeşin gəlməsinə imkan yaradar”.


İLKİN SULTANLI


Son xəbərlər

Elxan Məmmədov dünya çempionatında çalışan azərbaycanlılarla görüşdü

Yeni “Poz-Qazan” oyunları - “Tap, Qazan” və “Göz muncuğu” satışa çıxarıldı

Azərbaycan kubokunda 1/4 finala start verilir - YENİLƏNİR

"Neftçi" "Zirə" ilə oyunun hazırlığını yekunlaşdırdı

"Qəbələ"də iki itki

Emrelinin "Dinamo"ya qoşulacağı tarix bəlli oldu

FA Sautqeytlə bağlı qərarını verdi

Füzuli Məmmədov: “Bu, “Neftçi” üçün gözəl şansdı”

Azərbaycan Basketbol Liqasında 9-cu tura start verildi

De Paul Niderlandla matçı buraxacaq?

"Şamaxı" Rüstəm Əliyevlə yolları ayırıb? - ÖZÜ AÇIQLADI

Sənan Qurbanov: Dünya çempionatında 2 kollektivi xüsusi qeyd etmək olar"

Millinin 10 üzvü İspaniyaya qayıtmayıb

Erik ten Haq Ronaldonun “Mançester”dən ayrılması haqda danışdı

“Səbail”in hazırlıq planı bəlli oldu

"Səbail" rəhbərliyi Mahmud Qurbanova dəstək oldu: klubdan 2 video birdən

Qətərdə mundial bitməmiş stadion sökülür

Bernardo Silvadan Messiyə tərif

Kevin Lavın Lebron Ceyms sevgisi

Ruan Renato: “Qarabağ”la görüşlərdə gözəl nəticə əldə edəcəyimizə ümid edirəm”

Portuqaliyanın yeni qəhrəmanı: “Ronaldo, Levandovski və İbrahimoviç örnək aldığım insanlardı”

Federasiya üzvləri tarix yazan millinin üzvləri ilə görüşdü

“İmarət”in həbs olunan üzvü kimdi?

Azərbaycan "Qran-pri"sində yenilik

Yaponların ənənəsini davam etdirdilər

Millinin heyəti bəlli oldu

“Neftçi”nin nəticəsi - KÖŞƏ

"Sumqayıt" qış təlim-məşq toplanışını bu şəhərdə keçirəcək

Polşalı fanatlar qalib oldular

Millilərimizin rəqibləri bəlli oldu

Qərb derbisini bu hakim idarə edəcək

İsveç-Azərbaycan matçı bu stadionda keçiriləcək

Millinin Yunanıstanla oyununun vaxtı bəlli oldu

Mundial onlar üçün erkən sona çatdı

Premyer-liqa matçı qapıçının formasına görə 7 dəqiqə gec başlayıb

Çin mərhələsi ləğv olundu

Lebron Meciki arxada qoydu

“Səbail” Mirbağır İsayevlə bağlı qərarla razılaşmır

Canər “Fatih Karagümrük”dən “Beşiktaş”a görə ayrıldı?

"Qəbələ"nin kapitanı "Qarabağ"la oyunlardan danışdı: "Maksimum gücümüzü qoyaraq öz oyunumuzu sərgiləyəcəyik"

Əfsanələrin çalışdırıcısı dünyasını dəyişdi

Türkiyə klubuna transfer qadağası qoyuldu!

Bütün xəbərlər