“Qarabağ” üç transfer etdi və ÇL üçün iştirak ərizəsini açıqladı
ÇL-in təsnifat və pley-off mərhələlərində azarkeşlərini transfer intizarında saxlayan, qrupa qədər Anton Kanibolotski, Abbas Hüseynov, Yakub Jezniçak və Vild-Donald Geryeni almaqla kifayətlənən “Qarabağ” “bomba”nı “pəncərə”nin bağlanmasına saatlar qalmış partlatdı. Həm də üçünü birdən. Əvvəlcə Ramil Şeydayevin keçidi elan olundu. Müqaviləylə “Trabzonspor”a məxsus olan hücumçu qışda üz tutduğu “Jilina”da olduğu kimi, “Qarabağ”da da icarə əsasında top qovacaq. Ümumiyyətlə, ağdamlılar son üç transferi icarəyə götürüb. Çoxdandı danışıq aparılan, PAOK-un braziliyalı legioneri Pedro Enrike Yunanıstandan əvvəl İsveçrənin “Sürix” və Fransanın “Renn” klublarında da top qovub. 27 yaşlı futbolçu həm sol cinah yarımmüdafiəçisi, həm də hücumçu kimi çıxış edir. “Qarabağ”ın yay “transfer pəncərəsi”nin son günündə üçüncü, ümumilikdə yeddinci transferi isə Norveç millisinin üzvü Tarik Elyunussi oldu. Yunanıstanın “Olimpiakos” klubuna məxsus yarımmüdafiəçi universaldı. Əsasən yarımmüdafiənin sol cinahında oynayan Elyunussi sağ cinahda və hücumun arxasında da çıxış edə bilir. Peşəkar karyerasına Norveçin “Fredrikstad” klubunda başlayan, daha sonra Hollandiyanın “Herenven”, Norveçin “Lillestrom” və “Rusenborq”, Almaniyanın “Hoffenhaym” klublarında çıxış edən 28 yaşlı futbolçu ötən ilin yayında “Olimpiakos”a transfer olunub. Norveç millisində 43 oyuna çıxan Tarik 9 qolla yadda qalıb. O, sentyabrın 1-də də ölkəsinin əsas komandasının heyətində yığmamıza qarşı oynayıb.
Yeri gəlmişkən, Elyunussi "Qarabağ"a keçidi barədə NRK-ya açıqlamasında məhz millimizlə oyunun fasiləsində transferinin baş tutması haqda məlumatlandırıldığını deyib: “Qarabağ”da işlərimin yaxşı gedəcəyini düşünüb təklifi qəbul etdim. Ancaq nələrin baş verəcəyini yaşayıb görəcəyik. Azərbaycanla oyundan əvvəl “Qarabağ”a keçəcəyimə əmin deyildim. Danışıqlar davam edirdi. Hətta matç başlayandan sonra da mənim üçün heç nə bəlli deyildi. Çünki paltardəyişmə otağını tərk edərkən telefonumu orda qoymuşdum. Ancaq fasilədə böyük ölçüdə anlaşma əldə edildiyini öyrəndim. Yalnız müqavilənin xırda detalları qalmışdı. Demək olar ki, həll olunmuşdu. Matçdan sonra da telefonumu açdım və mənə dedilər ki, keçid həll edildi. Oyun zamanı rəqibin heyətində çıxış edən “Qarabağ”lılar sanki mənim ora keçəcəyimi bilirdilər. Çünki matçdan əvvəl mənə isti münasibət göstərdilər. Bu mənim üçün çox önəmli idi. Mehriban insan kimi görünürdülər. Onlara “təşəkkür edirəm” dedim. İnanıram ki, yeni komandamda hər şey istədiyim kimi keçəcək. Mənim üçün maraqlı olacaq. Çempionlar Liqasında oynamaq hər oyunçunun arzusudu. İnanıram ki, karyeram Azərbaycanda uğurlu olacaq. Yeni ölkə və yeni mədəniyyətlə tanış olacam. Əvvələr bir neçə dəfə Bakıda olmuşam. Çox gözəl şəhərdi".
Yeni transferlərin forma nömrələrinə gəlincə, Elyunussi 18, Enrike 10, Şeydayev isə 90 nömrəli formada çıxış edəcək. “Qarabağ” artıq iştirak ərizəsini UEFA-ya təqdim edib. Baş məşqçisi Qurban Qurbanov siyahıya 25 futbolçunun adını yazıb: qapıçılar - 1. Anton Kanibolotski, 12. Şahruddin Məhəmmədəliyev, 13. İbrahim Şehiç; müdafiəçilər – 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov, 21. Arif Daşdəmirov, 25. Ansi Aqolli, 30. Abbas Hüseynov, 32. Elvin Yunuszadə, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov; yarımmüdafiəçilər - 2. Qara Qarayev, 7. Rahid Əmirquliyev, 8. Miçel, 10. Pedro Enrike, 18. Tarik Elyunussi, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov, 77. Vild-Donald Gerye, 91. Coşqun Diniyev, 99. Dani Kintana; hücumçular - 9. Dino Ndlovu, 11. Mahir Mədətov, 44. Ağabala Ramazanov, 90. Ramil Şeydayev.
MİRAĞA

Son xəbərlər

Millimiz Avropada 1-ci oldu

Avropa çempionatında 1 gündə 2 medal

6-cı dəfə icarəyə verildi

"Qəbələ" Türkiyəyə yollandı

Qurban Qurbanovun Çempionlar Liqası üçün xüsusi planı - TƏHLİL

Madriddən Pireyə yollandı

Millimizin oyunlarının vaxtı bəlli oldu

Millimiz Superfinalda!

“IronWind 70.3” yarışının qalibləri müəyyənləşib

İtaliya futbolu tarixində ilk

Mirabdulla ilə Fəhminin taleləri necə olacaq? - AÇIQLAMA

Ağır xəstəliyə məğlub oldu…

İspaniya klubu 40 yaşlı futbolçu ilə müqavilə imzaladı

O da “İnter”dən “Montsa”ya keçdi

"Zirə" Sərtanla davam edir

Superkubok matçı harda keçiriləcək?

Ronaldo ÇL-də oynamaq istədiyi üçün...

Türkiyə klubu "Qarabağ"ın əsas üzvünü transfer etmək istəyib

Həsrət Məmmədyarov: "Komandamla fəxr edirəm"

Sampaolinin xələfinin kimliyi bilindi

Ruan Renato buna söz verdi

Cavid Hüseynov serb məşqçini yanında istəyir - ÖZƏL

Cenk 3-cü dəfə ''Beşiktaş''a gəldi

Tayson məhbəs günlərindən danışdı

"Qarabağ" rəsmisi səhmlərin 300 minə satılmasına etiraz etdi

"Fənərbaxça"nın Avstriya toplanışına kimlər aparılmadı?

"Araz-Naxçıvan" "Sabah"ın hansı futbolçularını transfer edir? - AÇIQLAMA

Yokiç MBA tarixinə düşdü

“Qalatasaray” yeni anlaşma ilə rekord qıracaq

Bu şəxs "Sumqayıt"ın yeni idman direktoru olacaq

TFF-nin Kuntsa qarşı yeni şərtləri var!

"Formula-1"in sabiq rəhbərinin Putin sevgisi

Moldova millisinin üzvü Azərbaycan klubunda - ÖZƏL

“Trabzonspor” Nvakaemenin boşluğunu onunla dolduracaq

“Kəpəz” 3 legionerlə güclənir: 2 gürcü, 1 iranlı - ÖZƏL

Jurnalistlər arasında komanda şəklində şahmat çempionatı keçiriləcək

Pyaniç ümidləri doğrulda bilməməsini nə ilə izah etdi?

Nurlan İbrahimovun vəkili bu quruma məktub göndərəcək

Hemiltonun Britaniya “Qran-pri”sində iştirakına qadağa qoyula bilərmiş

Qurban Qurbanov: "Hazırlığımızdan tam razı qala bilmərəm" - VİDEO

Amerikalı jurnalistdən rusiyalı idmançı ilə bağlı şok təklif

Millimiz Maltaya uduzdu

Güləşçimiz Avropa çempionatının finalında

Karpin ilə müqavilə yeniləndi

Ozan Tufan rəsmən ''Hall Siti''nin oyunçusu oldu

Bütün xəbərlər