
1-ci divizion
6 601
4.09.2017, 18:53
“Şahdağ” həvəskarlar liqası təmsilçisi ilə “sülh bağladı”
Birinci divizionda yeni mövsümə hazırlığı davam etdirən “Şahdağ” növbəti yoxlama oyununda qüvvəsini sınayıb. Qusar təmsilçisi Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda həvəskarlar liqasının iştirakçısı “Uğur”la qarşılaşıb. Görüş 2:2 hesablı bərabərliklə bitib.
Xatırladaq ki, “Şahdağ” bundan əvvəl keçirdiyi yoxlama matçlarında “Qaradağ Lökbatan”la heç-heçə (1:1) etmiş, “Şüvəlan”a isə 1:2 hesabıyla uduzmuşdu. Komanda növbəti iki yoldaşlıq oyununu növbəti mövsümdən aşağı dəstədə debüt edəcək “Vətən”ə qarşı keçirəcək. Oyunlar sentyabrın 4-ü və 5-də baş tutacaq.