Sizin reklam burada

Ölkə çempionları müəyyənləşdi

Baxış Sayı:426

Ölkə çempionları müəyyənləşdi
Velosiped İdmanı Federasiyasının təqvim planına əsasən, Veloparkda və Bakı Olimpiya Stadionu ətrafındakı yollarda çoxgünlük ötüşmələr üzrə açıq ölkə çempionatı keçirilib. Üç gün davam edən yarışda Gürcüstan və Rusiya velosipedçiləri də iştirak edib. Üç mərhələnin yekununa əsasən gənclər kateqoriyasında 1-ci yerə yığma üzvü Kərim Şirəliyev çıxıb. O, 1-ci mərhələni 1-ci, 2-ci və 3-cü mərhələləri isə 2-ci sırada tamamlayıb. İlk yarış günündə finiş xəttini 2-ci, sonrakı günlərdə isə 1-ci keçən yığmanın digər üzvü İvan Orlov ümumi təsnifatda Kərimdən 24 saniyə geri qalmaqla 2-ci yeri tutub. İlk "3-lüy"ü isə Rusiyadan gəlmiş Telman Vəliyev tamamlayıb.
2001-02 təvəllüdlü yeniyetmələr arasında qalib adını Qadir Mustafayev qazanıb. O, ilk mərhələdə 7-ci, ikincidə isə 3-cü olsa da, sonuncu yarış günündə geriliyi aradan qaldırmağa müvəffəq olub və fəxri kürsünün ən yüksək piləsinə qalxıb. Nəcəf Bağırov ilk iki mərhələdə 1-ci nəticə göstərməsinə rəğmən, sonuncu yarış günündə liderliyi Qadirə təhvil verib və ümumi təsnifatda 2-ci yeri tutub. Gürcü Avtandil Piranaşvili isə bürünc medala sahib çıxıb.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR