Sizin reklam burada

Ukraynalı hakimlər Mingəçevirdə fit çalacaq

Baxış Sayı:639

Ukraynalı hakimlər Mingəçevirdə fit çalacaq
2017/18 mövsümündə həndbol üzrə avrokuboklarda ölkəmizi iki klubun təmsil edəcəyini bilirsiz. Xatırladaq ki, ölkə çempionu “Nur” EHF kubokunda, ABU-nun xələfi “Azəryol” isə “Çağırış” kubokunda mübarizə aparacaq. Bir müddət öncə “Nur”un ev oyunlarını “Kür” Olimpiya Təlim Tədris Mərkəzində keçirmək istədiyini xəbər vermişdik. Xəbərimiz təsdiqini tapıb. Mübarizəyə 1-ci təsnifat mərhələsindən start verəcək “Nur” İsveç “Luqi”sini Mingəçevirdə qəbul edəcək. Tərəflərin razılaşmasına əsasən hər iki oyun bu şəhərdə keçiriləcək. Görüşləri ukraynalı hakimlər briqadası idarə edəcək. Marina Dupleylə Alyona Kaverinanın işinə Rumıniyadan olan EHF nümayəndəsi Horatiu Kristian Belu qiymət verəcək. Ancaq “Azəryol”un “Dudelanj”la qarşılaşmalarının tarixi və hakimləri hələ müəyyənləşib. Razılaşma olmasa, noyabrın 11-i və ya 12-də Lüksemburqda ilk matç baş tutacaq. Cavab oyunu isə bir həftə sonra ölkəmizdə keçiriləcək.
Yeri gəlmişkən, beynəlxalq dərəcəli hakimlərimiz Emil və Ernest Ağakişi qardaşları kişilər arasında EHF kubokuna təyinat alıb. Onlar Xorvatiyada yerli “HRK Goritsa” ilə Estoniya “Polva Serviti”si arasındakı görüşü idarə edəcəklər. Sentyabrın 2-də keçiriləcək matçda EHF nümayəndəsi bosniyalı Pero Maric olacaq.
Azərbaycan Həndbol Federasiyasının (AHF) idman şöbəsinin rəhbəri İsgəndər Əsgərov isə qadınların analoji yarışında iş başında olacaq. Həmyerlimiz Ukraynanın “Qaliçanka” və Hollandiyanın “Jansen Dalfsen” komandaları arasında keçiriləcək oyununun hakimləri montoneqrolu Boqdan Kaluceroviç və İvan Vuyaciçin idarəçiliyinə nəzarət edəcək. Bu görüş sentyabrın 10-na təsadüf edəcək.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR