Sizin reklam burada

Boksçularımız yarımfinala yüksəldi

Baxış Sayı:404

Boksçularımız yarımfinala yüksəldi
Almaniyanın Hamburq şəhərində keçirilən kişi boksçular arasında dünya çempionatında yarımfinalçılar müəyyənləşib. Çərşənbə axşamı mübarizəni davam etdirən iki təmsilçimiz 1/4 finalda döyüşüb. Gündüz seansında Kamran Şahsuvarlı (75 kq) kolumbiyalı Xorxe Vivas Palasiosla üz-üzə gəlib. Olimpiadanın bürünc medalçısı gərgin keçən qarşılaşmadan qalib ayrılıb - 3:2 (27:30, 29:28, 29:28, 28:29, 29:28). Axşam seansında isə Məhəmmədrəsul Məcidov (+91 kq) fransalı Camili-Dini Abudo-Moindze ilə münasibətləri aydınlaşdırıb. İkiqat dünya çempionu əvvəlki əzəmətindən uzaq düşsə də, qələbəyə sevinib - 3:2 (27:30, 30:27, 28:29, 30:27, 29:28). Beləliklə, hər iki boksçumuz yarımfinala yüksəlməklə ən azı bürünc medalı təmin edib.
Dünən mundialda istirahət günü olub. Bu gün və sabah finalçılar müəyyənləşəcək. Şahsuvarlı bu gün Qazaxıstanın 20 yaşlı boksçusu Abilxan Amankulla qarşılaşacaq. Onun böyüklər arasında ən böyük uğuru bu il Asiya çempionatında qazandığı bürünc medaldı. Məcidov isə sabah avstraliyalı Jozef Qudalı sınağa çəkəcək. Bu idmançının boks aləmində ciddi nəticəsi yoxdu. Bir sözlə, təcrübəli yığma üzvləri finala daha yaxın görünür.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR