Sizin reklam burada

"Milli dəstə" yığmanı Osloda tək qoymayacaq

Baxış Sayı:661

"Milli dəstə" yığmanı Osloda tək qoymayacaq
AFFA 50 bilet ayıracağına söz verib
Yığma Osloda dəstəksiz qalmayacaq. Yenə də "Milli dəstə" Robert Prosineçkinin yetirmələrini "Ullevol" stadionunda tək qoymayacaq. Bu haqda azarkeş qrupunun üzvü Şamil Mustafayev məlumat verdi: "AFFA-dan 50 bilet istədik və problemsiz bizə 50 bilet ayıracaqlarına söz verdilər. Bu günə kimi 70-ə yaxın müraciət olub və daha çox adam gəlmək istəyir. O şəxslərdən AFFA ilə əlaqə saxlamalarını xahiş etmişik, çünki bizim əsas məqsədimiz biletləri öz qrupumuzun üzvlərinə, daha sonra isə Osloda yaşayan soydaşlarımıza verməkdi. Həmçinin müxtəlif millətlərdən də bilet istəyənlər vardı və ümid edirik ki, matça bilet alıb gələ bilərlər. Ümumilikdə düşünürəm ki, 70-dən çox azarkeşimiz olacaq. Bilet taparlarsa, daha çox olacağı gözlənilir. 80 kvadratlıq xoreoqrafiya hazırlamışıq və bu gün (söhbət dünən olub - F.) Osloya yola düşürük. Həmçinin baraban, müxtəlif atributlar, əsas bannerlərimizi və bayraqlarımızı da özümüzlə Osloya aparırıq. Sabah millini açıq məşq zamanı da dəstəkləyəcəyik. Nəticədən asılı olmayaraq, matçda 90 dəqiqə dəstək olacağıq və 3 xala çox ümidliyik".
FARİZ

Oxşar xəbərlər
SON XƏBƏRLƏR