"Kəpəz" azarkeşlərini sevindirən xəbər

12.09.2022 17:02 511
I liqa
Sabah və birisigün birinci divizionda 4-cü turun oyunları keçiriləcək.

Football-plus.az xəbər verir ki, çempionatın lideri “Araz Naxçıvan” səfərdə “Kəpəz-2”nin qonağı olacaq. Naxçıvanlılarla eyni xala malik “Turan Tovuz-2” da səfər oyununa çıxacaq. Nizami Ocaqverdiyevin çalışdırdığı kollektiv “Zirə-2”nin qonağı olacaq. Öytən tur mövsümdə ilk qələbəsini qazanan “Qaradağö Lökbatan” “Qarabağ-2” ilə münasibətlərə aydınlıq gətirəcək. “Şamaxı-2” MOİK-i, “İmişli” Saatlıda “Mingəçevir”I qəbul edəcək.

Zaqatalada 3 turun iki məğlub komandası – “Zaqatala” və “Səbail-2” üz-üzə gələcək. “Sumqayıt-2” – “Qəbələ-2” qarşılaşması isə ikincilərin UEFA Gənclər Liqasında çıxışına görə təxirə salınıb.

Birinci divizion
1-ci dövrə, 4-cü tur

13 sentyabr
Qarabağ-2 – Qaradağ Lökbatan

Hakimlər: Əli Əliyev, Asiman Əzizli, Rasim Axundov, Cavid Cəlilov.
Hakim-inspektor: Asim Xudiyev.
Binə. Qəsəbə stadionu. Saat 16.00 (pfl.az/canlı).

Şamaxı-2 – MOİK

Hakimlər: Elvin Bayramov, Elmin Süleymanov, Teymur Teymurov, İrşad Aydınov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
Şamaxı. Şəhər stadionu. Saat 16.00 (pfl.az/canlı).

14 sentyabr

Zirə-2 – Turan Tovuz-2

Hakimlər: Emin Əliyev, Kərim Zeynalov, Şirmamed Mamedov, Nicat İsmayıllı.
Hakim-inspektor: İmanxan Sultani.
Bakı. ASK Arena. Saat 19.30.

İmişli – Mingəçevir

Hakimlər: Səbuhi Bayramov, Tərlan Talıbzadə, Elman Kərimov, Kamran Əliyev.
Hakim-inspektor: Ömər Paşayev.
Saatlı. Olimpiya İdman Kompleksinin stadionu. Saat 16.30 (pfl.az/canlı).

Zaqatala – Səbail-2

Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Ruslan Quliyev, Rövşən Rəcəbov.
Hakim-inspektor: Orxan Məmmədov.
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu. Saat 16.00.

Kəpəz-2 – Araz Naxçıvan

Hakimlər: Tural Qurbanov, Asif Abdullayev, Zakir Şükürzadə, Əkbər Əhmədov.
Hakim-inspektor: Gülağa Cabarov.
Gəncə. Şəhər stadionu (azarkeşsiz). Saat16.00 (pfl.az/canlı).

Sumqayıt-2 – Qəbələ-2 (təxirə salınıb)

Hakimlər: Kamranbəy Rəhimov, Zöhrab Abbasov, Orxan İbişov, Vüqar Həsənli.
Hakim-inspektor: Munis Abdullayev.
Sumqayıt. Kapital Bank Arena. Saat 16.00 (pfl.az/canlı).
RƏŞAD