AFFA rəsmisi etiraf etdi: "Qərar yanlışdı, amma..."

12.09.2022 14:14 907
Premyer-liqa / Manşet
Dünən Misli premyer-liqasınıda 6-cı turun son oyunu keçirildi.

“Qarabağ” – “Sabah”ı həm də turun mərkəzi oyunu idi. Matçındakı (4:3) hakim idarəçiliyi müzakirələrə səbəb olub.

Əsasən "QAarabağ"ın 4-cü qolu vurduğu penalti epizodundan öncə yan xətt hakiminin autu səhvən meydan sahiblərinin lehinə təyin etməsi fikir ayrılığı ilə nəticələnib. Azarkeşlərin bir çoxu səhvin qola gətirən hücuma səbəb olduğunu əsas göstərərək, həmin epizodda VAR-ın müdaxilə etməli olduğu fikrindədi.

Maraqlıdı, VAR yanlış aut qərarına görə müdaxilə etməliydimi? Məsələ ilə bağlı AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşeklə əlaqə saxladıq. Onun "Football-plus.az" saytına açıqlaması belə oldu:

“Dünən axşam oynanan “Qarabağ” – “Sabah” matçının 90+1-ci dəqiqəsindəki doğru penalti qərarından öncə verilən aut qərarı, təəssüf ki, yanlışdı. Ancaq bu xəta VAR tərəfindən incələnmir.

“Oyun qaydaları” kitabının VAR Protokolu bölməsində, 141-ci səhifə, 3-cü bənddə bu vəziyyət açıq-aşkar qeyd olunur: Futbol oyun qaydalarında aut, küncdən zərbə kimi qərarlar oyunu yenidən başlatma üsuludu və VAR olmayan matçlarda belə, top oyuna daxil olduqdan sonra dəyişdirilə bilməz. Bu səbəbdən VAR tərəfindən incələnməməlidi”.