Sizin reklam burada

“Roma” və “Çelsi” “Qarabağ”la oyun üçün biletlərin qiymətini açıqladı

Baxış Sayı:858

“Roma” və “Çelsi” “Qarabağ”la oyun üçün biletlərin qiymətini açıqladı
“Qarabağ” hələ ki ÇL oyunları üçün bilet satışına start verməyib. Mötəbər turnirdə bilet satışı, aədətən, onlayn şəkildə təşkil olunur. Bu baxımdan debütant olan ağdamlılar təcrübəni dərindən öyrənməyə, texniki detalları yoluna qoymağa çalışır. Rəqiblər isə artıq fəaliyyətə başlayıb. "Çelsi" “Qarabağ”la görüşün biletlərini sentyabrın 1-dən satışa çıxaracaq. Klubun rəsmi saytnın məlumatına görə, normal qiyməti 35 funt-sterlinq olan biletlər qocalar və uşaqlar üçün endirmlidi. "Çelsi"yə üzvlük kartları olan azarkeşlər 1, adi fanatlar isə ən çox 4 bilet ala bilərlər. Yeri gəlmişkən, Böyük Britaniyanın ölkəmizdəki Viza Müraciət Mərkəzi "Çelsi" - "Qarabağ" futbol qarşılaşmasını izləmək istəyən Azərbaycan vətəndaşları üçün əlavə viza görüşü vaxtları müəyyənləşdirib. Daha doğrusu, viza almaq istəyənlərlər üçün təyin olunan üçgünlük “pəncərə”də bu gün sonuncu gündü. Qeyd edək ki, "Çelsi" - "Qarabağ" oyunu sentyabrın 12-də Londonda keçiriləcək.
“Roma” isə artıq iki gündü biletləri satışa çıxarıb. Paytaxt təmsilçisinin saytı “Qarabağ”la görüş üçün biletlərin qiymətini açıqlayıb. Ən ucuz bilet 30 (təxminən 61 manat), ən baha bilet isə 95 (təxminən 194 manat) avroyadı. Müqayisə üçün qeyd edək ki, “Roma”nın “Atletiko” və “Çelsi” ilə oyunlarının biletləri 40-115 avro (təxminən 82-234 manat) aralığında dəyişir. Qadınlara, 14 yaşdan aşağı uşaqlara və 65 yaşdan yuxarı şəxslərə biletlərin qiymətində güzəşt nəzərdə tutulub. Qeyd edək ki, “Qarabağ” dekabrın 5-də “Roma”nın qonağı olacaq.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR