İlham Əzizzadə yığmanın A divizionunda qalmasını bəxtlə əlaqələndirmir
“Qayıtdıq və gördük ki, heç kim yığmaya maraq göstərmir”
Çimərlik futbolu millimiz avqustun 9-14-u aralığında Macarıstanın Şiofok şəhərində Avropa çempionatının birinci seçmə mərhələsində iştirak etdi. Komandanın qarşısında A divizionunda qalmaq məqsədi qoyulmuşdu. Rəqiblər də xeyli güclü idi: Portuqaliya, Belarus və Polşa. İlk iki komandanın gücündən danışmağa belə dəyməz. Lakin Polşanı məğlub etmək olardı. İlham Əzizzadənin yetirmələri Portuqaliyaya 3:9, Belarusa 1:4, Polşaya 4:5 hesabı ilə məğlub olub, vətənə döndü.
İlk mərhələdən sonrakı nəticələr heç də gələcəyə ümidlə baxmağa əsas vermirdi. Hamıda belə fikir formalaşmışdı ki, artıq milli A divizionundan B-yə düşəcək. Birhəftəlik istirahətdən sonra isə komandamız Almaniyanın Varnemunde şəhərində Avropa çempionatının ikinci seçmə mərhələsində iştirak etdi. İlk oyun Almaniyaya qarşı baş tutdu. Həmin görüşdə Əzizzadənin rəhbərlik etdiyi kollektiv 3:0 hesablı qələbə qazandı. Növbəti iki matçda isə yenə məğlubiyyətlər qeydə alındı. İtaliyaya 2:3, Ukraynaya 3:4 hesabı ilə uduzduq. Keçirdiyi 6 matçın 5-də məğlub olmasına baxmayaraq, millimiz A divizionunda qaldı. İlham bəy özü ilk mərhələdən sonra bizə açıqlama vermişdi ki, Bakıya qayıdan kimi mətbuat konfransı keçirəcək. Lakin həmin konfrans baş tutmadı. Biz də əlaqə saxlayıb, seçmə mərhələlərdəki nəticələrlə bağlı fikirlərini öyrənməyə çalışdıq.
Əzizzadə ilk mərhələdəki oyunların komanda üçün böyük təcrübə olduğunu xüsusi qeyd etdi: “İlk mərhələnin hər üç görüşündə məğlub olduq. Baxmayaraq ki, çox yaxşı hazırlaşmışdıq. Həmin mərhələdə gənc oyunçulara şans verdik. Üstəlik, bir oyunçumuz zədəli idi. Birinci matçda Portuqaliya ilə qarşılaşdıq. Onlar dünya reytinqində ikinci yerdədi. İlk hissədə yaxşı oynadıq. Sona 20 saniyə qalmış qol buraxdıq. Fasilədən sonra isə hər şey dəyişdi. A seriyası belədi. Burda çox çətindi. Oyunların səviyyəsi tam fərqlidi. Hər bir xırda səhvə görə cəzalana bilərsən. Uzun illər B seriyasında oynamışdıq. Birdən-birə A-da oynamaq istənilən komandaya çətin gələr. Portuqaliya ikinci yarıda daha üstün oynadı. Biz müdafiədə kobud səhvlər etdik. Belarus da çox güclü rəqibdi. Onlar da neçə illərdi A divizionunda oynayırlar. Yaxşı komplektləşmiş komandadı. Onlarda hər iki “4-lük” eyni gücdədi. Komandada rəqabət çox yüksəkdi. Rəqib güclü olsa da, mübarizə apardıq. Onlar 2 qolu bizə standart vəziyyətdən vurdular. Bu da rəqibin texnikasından asılıdı. Son oyunda Polşanı uda bilərdik. Hətta udmalıydıq da. Onlar da ötən il Avropa çempionu olublar. Buna baxmayaraq, yaxşı oynaya bilərdik. Həmin oyuna yaxşı başlamışdıq. 1:0 udurduq. Sonra təcrübəsizlik və müdafiədəki kobud səhvlər əleyhimizə işlədi, lazımsız qollar buraxdıq. Vaxtımız çatmadı hesabı bərabərləşdirməyə”. Mütəxəssis bir həftə istirahətin komandanın xeyrinə işlədiyini söylədi: “Macarıstandan qayıdandan sonra bir həftə vaxtımız oldu. Uşaqları toparlamaq lazım idi. Səhvləri təhlil etdik. Başa düşdük ki, A divizionu tam başqa səviyyədi. Burda səhvlər bağışlanmır. Eyni zamanda zədəli Əbdül Əliyev də sıraya döndü. İkinci mərhələnin ilk matçında güclü Almaniya yığmasına qalib gəldik. Onlar ilk mərhələdə İspaniyanı udmuşdular. Rusiyaya və Fransaya isə bəxtsizlikdən uduzmuşdular. Lakin biz rəqibi çox əla təhlil etmişdik. Müdafiədə səhvlər buraxmadıq. Hücumları effektli təşkil etdik. Üstəlik, qolları vaxtında vurduq. Həm də dəyişikliklərimiz özünü doğrultdu. Rəqibə heç bir şans vermədik. İtaliyaya qarşı da çox yaxşı oyun sərgilədik. Onları 1:0 üstələyirdik. Sonra iki qol buraxdıq. Hesabı bərabərləşdirsək də, sona 2 dəqiqə qalmış rəqib aut zamanı “ev tapşırığı”nı dəqiq yerinə yetirdi. Bununla da 3-cü qolu buraxdıq. Ukraynaya qarşı oyunda da eyni hal yaşandı. Hamının əlavə hissələr gözlədiyi anda aşırma zərbəsi ilə qol vurdular. Bəlkə də topu 10 dəfə vursan, qol qeydə alınmaz. Sırf bəxt rol oynadı. 3:2 önə keçdiyimiz dönəmdə də bir neçə epizodumuz oldu. Top tirə dəydi, dəfələrlə rəqib qapıçı xilas etdi. Bununla belə, ikinci mərhələdəki oyunlardan çox razı qaldım”.
Mütəxəssis A divizionunda qalmalarını bəxtlə əlaqələndirmir: “Biz A divizionunda öz zəhmətimizə görə qalmışıq. Burda bəxtlik heç nə yoxdu. Almaniyanı məğlub etmək bəxt deyil. Son 3 oyunda da yaxşı oynamışıq. Bu turnirə kimi 4 aydan çox əziyyət çəkmişdik. Bir şeyi anladıq ki, daha yaxşı hazırlaşmaq lazımdı. Avropa komandalarının böyük əksəriyyəti ilboyu hazırlaşırlar. Onların çempionatları da güclüdü. Təsəvvür edin, Portuqaliya millisi yayda vətəndə oynayır, sonra gedib Dubayda, Rusiyada yarışır. Yəni bir yerdə dayanmırlar. Bizdə isə qışda hava soyuq olur. Çox məşq edə bilmirik. Bəli, istərdik 3 oyunda qalib gələk və final mərhələsinə yüksələk. Amma bu çox çətindi. Reallığı qəbul etmək lazımdı. A divizionu çimərlik futbolunun elit mərhələsidi. Burda zəif komandalar olmur. Avopanın ən güclü komandaları ordadı”. İlham bəy hələ rəhbərliklə görüşmədiyini söylədi: “Biz iki (üç) gündü vətənə dönmüşük. Yaxın günlərdə rəhbərliklə görüşməyi planlaşdırırıq. Mənə bura qayıdandan sonra zəng edib nəsə deməyiblər. Görüşüb, gələcək planlar barədə danışacağıq. Federasiyanın vitse-prezidenti Fərid Axundov da orda idi, oyunlarımızı izləyirdi. Elə planlaşdırdıq ki, bir həftə ərzində görüşək və gələcək planlar barədə fikir mübadiləsi aparaq”.
Əzizzadə mətbuat konfransı keçirməməsinin səbəbini belə açıqladı: “Bəli, fikrimiz var idi ki, mətbuat konfransı keçirək, bütün sualları cavablayaq. Amma qayıtdıq və gördük ki, heç kim yığmaya maraq göstərmir. Bircə “Futbol+” oyunlarımızla, məşqlərimzlə maraqlanır. Heç olmasa, 6-7 nəfər maraqlansaydı, bunu edərdik. “Futbol+”ə də həmişə danışırıq. Yaxşı ki, heç olmasa, siz maraqlanırsız. Nə vaxt lazımdı, görüşə də bilərik. Biz mətbuata açıq adamlarıq. Maraq göstərən olsa, edərik. Olmasa, biz də öz işimizi görərik”.
ŞƏFİ ŞƏFİYEV

Son xəbərlər

“Çelsi” “Lester”in oyunçusu ilə razılığa gəldi

“Komandamın ifasında aqressiv futbol görmək istəyirəm” - Laurentsiu Regekampf

“Qollardan sonra toparlanmaq çətin idi” - Yaşar Vahabzadə

Solmaz Adilova: “Valideynlərin dəstəyi qadın güləşçilərimiz üçün vacibdi” - LAYİHƏ

“Neftçi” - “Kəpəz” matçında qol yağışı - YENİLƏNİB

“İnter” oyunçusunu icarəyə verdi

İngiltərədən İtaliyaya yollandı

“Qarşıdakı turlarda daha yaxşı komanda görəcəyik” - Elmar Baxşıyev

“Barselona” oyunçusunu “Valensiya”ya yolladı

“Bizə vaxt lazımdı” - Vüqar Əsgərli

“Neftçi”də ciddi itki

Millimiz məğlub oldu - KONYA-2021

Şöhrətin zirvəsindən dəmir barmaqlıqlar arasına!

De Byazi bu gün Bakıda olacaq

“Füzuli”nin prezidenti “Neftçi”nin futbolçusunu təhqir etdi

Bernardo Silva “Mançester Siti”dən ayrılacaqmı? - MÜSAHİBƏ

"Liverpul"da yeni müqavilə

Kostiç "Yuventus"da

"Sampdoriya"dan yeni transferlər

"Latsio" 2 futbolçusunu icarəyə göndərdi

“O mənim paltar dolabımda olan alt paltardan və köynəkdən daha artıq tutul qazanıb” - Yulian Nagelsmann

Provedelin yeni klubu müəyyənləşdi

Ançelotti DÇ-2022-dəki favoritlərini açıqladı

Voleybolçularımız yarımfinalda dayandı - KONYA-2021

Yaradıcılıq uğursuzluğu, ancaq iflas yox - YAZI

Qurban Qurbanovdan kömək istəyin - YAZI

Almanlar Qətəri pisləməkdə davam edir

Ulduz futbolçu ölüm təhdidi aldığı üçün komandadan ayrıldı

''Girəsunspor'' ''Qalatasaray''a dejavü yaşatdı

Ronaldo ten Haqın əlini sıxmadı

PFL-in yeni mətbuat katibi kim olacaq? - AÇIQLAMA

"Bu gün üçün “Misli” ilə aramızda belə razılaşma yoxdu" – Aslan Şahgəldiyev

Yığmamızdan növbəti qızıl medal - KONYA-2021

DÇ-2022-nin açılış tarixi dəyişdi

"Kifayət qədər keyfiyyətli oyunçularımız var" - "Viktoriya"nın futbolçusu

“Traktor”la problem yaşadı, yenidən “Sumqayıt”a döndü - ÖZƏL

"Barselona"nı tərk etmək istəmir

Menecerlər “Viktoriya”nı çətin, amma keçiləsi rəqib sayır - AÇIQLAMALAR

DÇ həyəcanı: 1-dən 22-yə qədər

"Barselona"da növbəti ayrılıq

Messinin PSJ-dəki taleyinə aydınlıq gəldi

"Yuventus"dan "Mançester Yunayted"ə

"Viktoriya" "Qarabağ"la oyun öncəsi qələbə qazandı

"Turan Tovuz" ilk qələbəsini belə qazandı - VİDEO

Renat Dadaşov qol vurdu, komandası lider oldu - VİDEO

Bütün xəbərlər