Referinin atası: “Onun iddiaları hakimliklə bağlıdı”
Ötən həftə Əliyar Ağayevlə bağlı gündəmdə iki mövzu var idi: “Qəbələ” – “Sumqayıt” matçında səhvlərə yol verən referi komitə tərəfindən 3 oyunluq cəzalandı, eyni zamanda "Green Card” lotereyasında qalib gəldiyi üçün Amerikaya yollandı. Referinin ora birdəfəlik köçmək fikrində olduğu deyilirdi. Sözsüz ki, Azərbaycanın ən perspektivli hakimlərindən sayılan və UEFA-nın da diqqət mərkəzində olan Ağayevin bütün planların üstündən xətt çəkəcəyi inandırıcı görünmürdü. Bununla belə, məsələyə aydınlıq gətirmək üçün referinin atası, hakim-inspektor Kərim Ağayevlə əlaqə saxladıq. Məlum oldu ki, iddialar həqiqəti əks etdirmir: “Xəbərim var mətbuatda yazılanlardan. Oxuyuram ki, Əliyar ailəsini də götürərək birdəfəlik gedib Amerikaya. Boş söhbətdi. "Green Card” qazandığına görə ildə iki dəfə səyahət edə bilər. Bu dəfə bir həftə çəkdi istirahəti. Sabah qayıdacaq. Təbii ki, Əliyar perspektivinə ziyan vurmaz. Onun iddiaları hakimliklə bağlıdı”.
MİRAĞA