Sizin reklam burada

Orxan DÇ-də ikinci oldu

Müəllif: football Tarix: 30-08-2017, 20:01 433 Baxış
Orxan DÇ-də ikinci oldu
Dünən Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatı start götürüb. İlk yarış günündə üç təmsilçimiz tatamiyə çıxıb. 60 kq-da Orxan Səfərov bolqarıstanlı Yanislav Çerçevi, portuqaliyalı Qonsalo Mansinyonu, qazaxıstanlı Eldost Smetovu, özbəkistanlı Diorbek Urozboyevi yenərək finala yüksəlib. Həlledici görüşdə rəqib Naohişa Takato olub. Rio-2016-da bürünc uğrunda döyüşdə uduzduğu asiyalıdan əvəz çıxmağa çalışan cüdoçumuz istəyinə çatmayıb və mundialın gümüş medalı ilə kifayətlənib.
48 kq-da millimiz iki idmançıyla təmsil olunub. “Milliləşdirilən” legioner Bazarraqça Erdenebat ilk görüşdə rumıniyalı Aleksandra Popa uduzub. Leyla Əliyeva isə yapon Funa Tonakiylə bacarmayıb.
Qeyd edək ki, yığma Macarıstana 17 cüdoçu (9 kişi, 8 qadın) ilə yollanıb.
SON XƏBƏRLƏR