PSJ-nin yarımmüdafiəçisi Rafinya karyerasını Qətərdə davam etdirəcək.
O, "Əl Ərəbi" klubuna keçib. Braziliyalı futbolçu parislilərlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verdiyi üçün keçid azad agent kimi baş tutub. Rafinyanın "Əl-Ərəbi" ilə sözləşməsi iki illikdi.