Sizin reklam burada

Yığma hazırlığa başladı

Baxış Sayı:553

Yığma hazırlığa başladı
Sentyabrın 1-də səfərdə Norveçlə üz-üzə gələcək yığma dünəndən məşqlərə start verib. Robert Prosineçkinin komandası DÇ-2018-in seçmə mərhələ oyununa "Dalğa Arena"da hazırlaşır. Qeyd edək ki, ölkə xaricində top qovan yığma üzvlərinin hamısı Bakıda komandaya qoşulacaq. Daha doğrusu, Ramil Şeydayev artıq dünəndən düşərgədədi. Renat Dadaşov və Dmitri Nazarov gecə gəliblər, qalanları (Kamran Ağayev, Pavel Paşayev, Araz Abdullayev) isə bu gün təşrif buyuracaq.
Bu arada Norveçin heyətində dəyişiklik edilib. "Rusenborq"un futbolçusu Tor Reqniassenin əvəzinə yığmaya "Sarpsborq"un müdafiəçisi Siqurd Rosted dəvət olunub. Səbəb isə Reqniassenin zədədən sonra əvvəlki formasını tam bərpa edə bilməməsidi. 23 yaşlı Rosted karyerasında ilk dəfə əsas yığmada oynamaq imkanı qazanıb.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR