Sizin reklam burada

Yaşar Vahabzadə İsrailə 22 nəfərlə gedir

Baxış Sayı:772

Yaşar Vahabzadə İsrailə 22 nəfərlə gedir
Əsas milli ilə yanaşı, seçmə oyuna hazırlaşan 21 yaşadək futbolçulardan ibarət yığma da təlim-məşq toplanışındadı. Yaşar Vahabzadənin komandası dünən bir araya gəlib. Vahabzadə Avropa çempionatının seçmə mərhələsinin qarşıdakı oyununa - avqustun 31-də keçiriləcək İsraillə səfər matçına 22 futbolçu çağırıb. Təcrübəli mütəxəssis hamıdan çox “İnter”lilərə güvənib. Belə ki, paytaxt təmsilçisinin 4 üzvü yığmaya dəvət olunub. Bundan başqa, heyətdə 5 legioner var: Oleq Hüseynov, Sərtan Taşkın, Vüqar Həsənov, Əlibəy Məmmədli (hamısı “İnter”), Xəyal Nəcəfov, Ehtiram Şahverdiyev, Bəhlul Mustafazadə (hamısı “Sumqayıt”), Fəhmin Muradbəyli, Elnur Cəfərov (hər ikisi “Neftçi”), Eltun Turabov, Elgün Uluxanov (hər ikisi “Qarabağ”), İlkin Sadıqov, İlyas Səfərzadə (hər ikisi “Kəpəz”), Yusif Nəbiyev (Zirə), Qismət Alıyev (Qəbələ), Aydın Bayramov (MOİK), Əmirhüseyn Nəcəfi (Səbail), Alen Əsgərov (“Noviqrad”, Xorvatiya), Onur Albayrak (“Hobro”, Danimarka), Ozancan Kökcü (“Bursaspor”, Türkiyə), Sərkan Baloğlu (“Ştutqart”, Almaniya), Mustafa Özhitay (“Ulm 1846”, Almaniya).

Oxşar xəbərlər
SON XƏBƏRLƏR