Sizin reklam burada

Sotomayor dayandı

Baxış Sayı:446

Sotomayor dayandı
Almaniyanın Hamburq şəhərində kişi boksçular arasında dünya çempionatı start götürüb. +91 kq çəki dərəcəsində mübarizə aparan Məhəmmədrəsul Məcidov mundiala uğurlu başlayıb. 1/16 finalda Kumar Satişla (Hindistan) qarşılaşan təmsilçimiz rəqibini çətinlik çəkmədən üstələyib. Məcidov bu gün 1/8 finalda iordaniyalı Hüseyn İşayşlə gücünü sınayacaq.
Pərviz Bağırovun (69 kq) isə ilk rəqibi dəqiqləşib. Birinci mərhələdən azad olan təmsilçimiz bu gün 1/8 finalda Tuvşinbat Byamba (Monqolustan) ilə qarşılaşacaq.
75 kq çəki dərəcəsində Kamran Şahsuvarlı 1/8 finalda hollandiyalı Maks van der Pas (Hollandiya) üzərində qələbəyə sevinib. Boksçumuz sabah 1/4 finalda kolumbiyalı Xorxe Vivas Palasiosla qarşılaşacaq. Təəssüf ki, Lorenso Sotomayor (64 kq) mübarizəni 1/8 finalda dayandırıb. O, misirli Eslam Muhamedə məğlub olub.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR