Qadınlardan ibarət şahmat yığmamız ölkəmizdə təlim-məşq toplanışında olan Almaniya ilə sonuncu - beşinci dəfə üz-üzə gəlib. Bu görüş də komandamızın qələbəsi ilə yekunlaşıb - 3,5:1,5. Bununla da almanların Bakı toplanışı başa çatıb. Qeyd edək ki, komandalar arasında keçirilən 5 görüşdən 4-ü yığmamızın qələbəsiylə bitib.