Sizin reklam burada

Günayın yoxlama oyunlarında iştirak etməməsinin yığma karyerasına təsiri olmayacaq

Baxış Sayı:468

Günayın yoxlama oyunlarında iştirak etməməsinin yığma karyerasına təsiri olmayacaq
“Müqaviləni bu yoxlama oyunları planlaşdırılandan əvvəl imzalamışam”
Bildiyiniz kimi, bugünlərdə Bakıda qadınlardan ibarət şahmat yığmamızın Almaniya komandası ilə yoldaşlıq oyunları keçirilir. Avqustun 21-də başlayan oyunlara bu gün yekun vurulacaq. Ötən saylarımızda xəbər verdiyimiz kimi, yoxlama oyunlarında qadın şahmatçılarımız arasında reytinqi ən yüksək olan, son ölkə çempionu Günay Məmmədzadə (2393) iştirak etmir. Məmmədzadə bununla bağlı Azərbaycan Şahmat Federasiyasına (AŞF) etiraz məktubu da yollamışdı. Xanım şahmatçı qeyd edib ki, AŞF-nın vitse-prezidenti Faiq Həsənov ilk turun püşkü atılmadan ağ rəngi qonaqlara verib. Bu da Günayı qane etməyib. Həsənovun püşksüz belə addım atmasının nəticəsi kimi Məmmədzadə ikinci oyunda da qara fiqurlarla oynamalıydı. Amma o, bundan imtina edib və oyunlara qatımayıb.
Faiq bəy qəzetimizə bununla bağlı açıqlama verməkdən imtina etmişdi. Qərara aldıq ki, məsələ ilə bağlı Günayın özü ilə danışaq. O, məsələni belə izah etdi: “Federasiyanın vitse-prezidenti Mahir Məmmədov məndən nəyə görə oynamadığımı soruşdu. Mahir müəllim problemi heç cür həll edə bilməzdi. Çünki oyunları Faiq müəllim təşkil edib, bütün işi o qurub. Bəli, püşkün yenidən atılma ehtimalı var idi. Amma püşk atılanda mən seçim etməliyəm. Çünki bunu istəyən mən idim. Amma buna razı olmadım. Həm də oyun qaydaları bəlli deyildi. Bu da yekun qərarıma təsir etdi və yoldaşlıq oyunlarına qatılmadım”.
Günay düşünür ki, bu addım onun yığmadakı fəaliyyətinə təsir etməyəcək: “Bu məsələ yığmadakı fəaliyyətimə təsir etməyəcək. Sentyabrda təlim-məşq toplanışı olmalıdı. Lakin orda iştirak edib-etməyəcəyimi bilmirəm. Ümid edirəm ki, yarışlarda iştirak edəcəm. Avqustun təqaüdünə gəlincə, almayacağım inandırıcı deyil. Çünki mən müqaviləni bu yoxlama oyunları planlaşdırılandan əvvəl imzalamışam”.
ŞƏFİ ŞƏFİYEV

Oxşar xəbərlər
SON XƏBƏRLƏR