Sizin reklam burada

Mundialda rəqiblər müəyyənləşdi

Baxış Sayı:421

Mundialda rəqiblər müəyyənləşdi
Almaniyanın Hamburq şəhərində keçiriləcək boks üzrə dünya çempionatının püşkü atılıb. 75 ölkədən 243 idmançının qatılacağı yarışda yığmamızın üzvlərinin ilk rəqibləri məlum olub. Bu gün 1/16 finalda Məhəmmədrəsul Məcidov (+91 kq) Kumar Satişlə (Hindistan) qarşılaşacaq. Sabah 1/8 final çərçivəsində Lorenso Sotomayor (64 kq) Eslam Muhamed (Misir)/Nurlan Kobaşev (Qırğızıstan) cütünün qalibini sınağa çəkəcək. Kamran Şahsuvarlı (75 kq) da eyni mərhələdə Maks van der Pas (Hollandiya)/Lester Martines (Qvatemala) cütünün qalibini yenməyə çalışacaq. Nəhayət, avqustun 28-də Pərviz Bağırov (69 kq) 1/8 finalda Damian Kivior (Polşa)/Tuvşinbat Byamba (Monqolustan) cütündən qalib ayrılan boksçu ilə döyüşəcək
Qeyd edək ki, avqustun 25-28-i aralığında ilkin döyüşlər baş tutacaq. Hamburq İdman Sarayında təşkil olunacaq mundialda avqustun 29-da 1/4 final mərhələsinin görüşləri keçiriləcək. Bir gün dincələcək boksçular ardından yarımfinal qarşılaşmalarına çıxacaq. Bu görüşlər avqustun 31-nə və sentyabrın 1-nə təsadüf edəcək. Sentyabrın 2-də isə qaliblərin adları bilinəcək.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR