Sizin reklam burada

Hacı Əliyev Parisdə tarix yazdı

Baxış Sayı:921

Hacı Əliyev Parisdə tarix yazdı
Fransanın paytaxtı Parisdə keçirilən güləş üzrə dünya çempionatı davam edir. Dünən 57, 61, 86 və 125 kq çəki dərəcələrində sərbəst güləşçilər mübarizəyə qoşulub. 61 kq çəkidə mübarizə aparan ikiqat dünya çempionu, Olimpiadanın bürünc medalçısı Hacı Əliyev bütün rəqiblərini mübarizədən kənarlaşdırıb və finala yüksəlib. Finala qədər güləşçimiz Qırğızıstan, Yaponiya, Slovakiya və Kubadan olan rəqiblərini tam üstünlüklə məğlub edib. Həlledici görüşdə Hacı Əliyevin rəqibi Rusiya idmançısı Hacımurad Rəşidov olub. Görüşün başa çatmasına 30 saniyə qalmış rəqibin kürəyini xalçaya sıxan güləşçimiz tam üstünlüklə qalib gəlib. Bununla da Hacı Əliyev Azərbaycan sərbəst güləş tarixində üçqat dünya çempionu adını qazanan ilk güləşçi olub.
86 kq çəkidə yarışan Aleksandr Qostiyev Qırğızıstan və Gürcüstandan olan rəqiblərini üstələsə də, İran idmançısına uduzub. Rəqibin finala yüksəlməsi ilə Saşa təsəlliverici görüşlərə qatılıb. Moldova idmançısını mübarizədən kənarlaşdıran Qostiyev bürünc medal uğrunda mübarizədə Rusiya güləşçisinə uduzub və çempionatı 5-ci yerdə tamamlayıb. 57 kq-da isə Mahir Əmiraslanov 1/16 finalda özbək rəqibinə uduzub.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR