Sizin reklam burada

MOİK uddu və transfer etdi

Baxış Sayı:846

MOİK uddu və transfer etdi
Birinci divizion təmsilçilərinin hazırlıq prosesi davam edir. Ən fəal komandalardan biri də MOİK-di. 2018-ci ildə ordumuzun 100 illiyi münasibətilə qarşıya aşağı dəstədə çempion olmaq hədəfi qoyan komanda daha bir yoxlama oyununda qüvvəsini sınayıb. Ramil Əliyevin rəhbərlik etdiyi komanda növbəti mövsüm birinci divizionda təmsil olunacağı gözlənilən “Vətən”lə qarşılaşıb. “Hərbçilər” Arif Əsədovun rəhbərlik etdiyi komandanı 2:1 hesabıyla məğlub edib. İlk yarısı 1:1 bitən qarşılaşmada MOİK-in ilk qolunu bu yay transfer olunan Rəhman Musayev vurub. Fasilədən sonra isə Ayaz Mehtiyev qələbə topuna imza atıb.
Qeyd edək ki, bu, MOİK-in hazırlıq dövründə 4-cü oyunu olub. Daha əvvəl "hərbçilər" "Səbail"in əvəzedici komandasını 5:4, "Göyçə"ni 5:3 hesabı ilə məğlub etmiş, "Qaradağ Lökbatan"la isə heç-heçəyə razılaşmışdı – 2:2.
Yoxlama oyunlarından əlavə, MOİK heyətini də gücləndirməkdə davam edir. Komanda daha bir oyunçunu heyətinə qatıb. Bu, “Sumqayıt”ın sabiq üzvü Ayaz Mehdiyevdi. Ayazla birillik sözləşmə imzalanıb.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR