• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Trabzonspor"la Mahir Emrelinin komandası "Qarabağ"a milyonlar qazandırdı - ARAŞDIRMA

Aktual / Günün xəbəri

27-08-2022, 14:0

Nə qədər acı olsa da, “Qarabağ”ın Çempionlar Liqası macərası başa çatdı.

“Viktoriya”ya məğlubiyyətdən sonra ağdamlılar yola Avropa Liqasında davam edəcək. Üzücüdü, amma reallığı qəbul etməliyik. Artıq hədəf, istiqamət dəyişib. Avropanın ikinci dərəcəli klub turnirində daha irəli getmək lazımdı. Bu gün bu yarışdakı rəqiblərimiz bəlli olub. Çətin qrupa düşmüşük. “Olimpiakos”, “Frayburq” və “Nant” kimi rəqiblərlə mübarizə aparacağıq. Lakin ümid həmişə var. “Qarabağ” ən pis halda bu qrupda 3-cü ola bilər.

Çempionlar Liqası qədər olmasa da, Avropa Liqasının qrupunda iştirak edəcəyi üçün “köhlən atlar” büdcəsini artırıb. Bu yazıda Ağdam təmsilçisinin 1-ci təsnifat mərhələsindən bəri nə qədər pul qazandığını diqqətinizə çatdıracağıq.

“Qarabağ” cari mövsümdə UEFA-dan artıq 10 milyon 874 min avro qazanc əldə edib. Bu, Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindən Avropa Liqasının qrupuna qədər qazanılan puldu. Burda fərqli sistemdən istifadə olunur. Ümumiyyətlə, UEFA Çempionlar Liqasında çıxış edən klublara hər təsnifat mərhələsində oynamağa görə 100 min avro verir. Hansısa çempion komanda pley-offa vəsiqə qazanırsa, ona 5 milyon avro ödənilir. Lakin əvvəlcə 100 minlər, yəni ümumilikdə 300 min silinir. “Köhlən atlar” Avropa Liqasının qrupunda iştirak edəcəyinə görə də əlavə 3,63 milyon avro əldə edib. Ümumilikdə 8,63 milyon avro! Bəs qalan 2 milyon 244 min hardan gəlir? İndi gəlin bunu izah edək. Yuxarıda qeyd etdiyimiz gəlir Avropa Liqasının qrupunda iştirak edən klubların pay bölgüsünə əsasən UEFA tərəfindən kluba verilib. Bu nə deməkdi? Turnirdə 32 klub iştirak edir. UEFA burda çıxış edənləri son 10 ildə avrokuboklarda yığdığı əmsallara görə sıralayır. Ağdam təmsilçisində bu göstərici 39,500-di. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv turnirdə iştirak edən klublar arasında reytinqinə görə 17-ci yerdədi. Avropa Liqasında 1 payın dəyəri 132 min avrodu. 17 payı bu rəqəmə vuranda 2 milyon 244 min avro edir. Beləliklə, Ağdam təmsilçisinin qazancı 10 milyon 874 milyon avroya bərabər olur. “Köhlən atlar” bu göstəriciyə görə Avropa Liqasında 4-cü sıradadı. Cari mövsümdə ən çox gəliri “Dinamo” (Kiyev) əldə edib. Ukraynalıların qazancı 12 milyon 458 mindi. 12 milyon 62 min avro ilə ikinci sırada PSV qərarlaşıb. Ən çox gəlir əldə edən üçüncü klub isə “Srvena Zvezda”dı - 11 milyon 402 min avro.

Əslində bu mövsüm “Qarabağ”ın UEFA-dan gəliri daha az olacaqdı. Çünki komanda normalda Avropa Liqasında iştirak edən klublar arasında 14-cü pillədə yer almışdı. Çempionlar Liqasının pley-offunda “Trabzonspor”un “Kopenhagen”ə, “Bude/Qlimt”in “Dinamo”ya (Zaqreb) məğlub olması, Avropanın ikinci dərəcəli turnirinin eyni mərhələsində “Omoniya”nın “Gent”i üstələməsi “köhlən atlar”ın işinə yarayıb. Adı çəkilən klubların UEFA əmsalları ağdamlılardan az olduğu üçün Qurban Qurbanovun komandası pay sıralamasında 3 pillə irəliləyib.

“Qarabağ” büdcəsini Avropa Liqasının qrup oyunlarında daha da artıra bilər. UEFA bu mərhələdə qazanılan hər qələbəyə görə klublara 630 min, hər heç-heçəyə görə isə 210 min ayırır. Bir də bölüşdürülməmiş mükafat sistemi var. Ümumiyyətlə, UEFA Avropa Liqasındakı oyunları 96 qələbəyə bölür. Bunlardan neçəsinin heç-heçə nəticələndiyini hesablayır. Məsələn, qrupda 70 qələbə, 26 heç-heçə qeydə alınır. Tutaq ki, “Qarabağ” da 6 oyundan 4-də qalib gəlir. Bu da edir ümumi qələbələrin 5,7 faizi. 26 heç-heçəni də vururlar 210 minə. Bu da edir 5 milyon 460 min. Sonda “Qarabağ”ın qələbələrinin faizi vurulur bu rəqəmə. Bu isə 311 min 200 avro edir. Qısaca, UEFA başqalarının heç-heçələrinə görə “Qarabağ”a pul ödəyə bilər. Ağdam təmsilçisi qrupu lider bitirsə, əlavə 1,1 milyon vəsait əldə edəcək. İkinci pillədə qərarlaşsa, 550 min avro qazanacaq. Bundan əlavə, pley-offda, yəni 1/16 finalda iştiraka görə də əlavə 500 min qazanılır. Sonrakı prosedur isə aşağıdakı kimidi:

1/8 - 1,2 milyon avro
1/4 - 1,8 milyon avro
yarımfinal - 2,8 milyon avro
finalçı - 4,6 milyon avro
qalib - 4 milyon avro


Bunlardan başqa, teleyayından da gəlir əldə etmək olur. Lakin bunun dəyərini təmsil edilən ölkənin iqtisadiyyatına görə uyğunlaşdırırlar. Burdan “Qarabağ”a nə qədər pul ayrıldığını və ya ayrılacağını söyləyə bilmirik. Təbii ki, bunlar, sadəcə, Avropa Liqası üçün göstərilən rəqəmlərdi. Ağdamlılar Çempionlar Liqasının qrupuna düşsəydi, həm iştiraka, həm paya, həm də qrupdakı nəticələrə görə yetərincə yüksək məbləğ əldə edəcəkdi.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Avropa Liqası

27-08-2022, 11:0

"Qarabağ" Avropa Liqasında ilk oyununu bu komandaya qarşı keçirəcək - SİYAHI

Manşet / Çempionlar Liqası

18-07-2022, 14:0

"Qarabağ" Çempionlar Liqasının 3-cü mərhələsində bu rəqiblərlə qarşılaşa bilər - YENİLƏNİB

Avropa Liqası

26-08-2022, 21:0

"Fərqli oyun sistemlərinə qarşı çıxış edəcəyik" - Qurban Qurbanov

Aktual
“Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Kannavaro azərbaycanlı futbolsevərləri üzdü – Umarali evdə qaldı…
"Qəbələ"nin pley-off oynaması çox böyük biabırçılıqdı..." - Qəbələ Sxadadzeyə şans verəcəkmi?
“Cəza verilib də, bundan sonra daha nə istəyirlər?” - Ramin Musayev “Turan Tovuz”u haqlı görür
Son xəbərlər
  • Dünən, 23:55
    “Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
  • Dünən, 23:20
    “Ortada bir qərar yoxdu ki, ona uyğun addım ataq” – “Turan Tovuz”dan növbəti reaksiya
  • Dünən, 22:44
    TFF klub prezidentlərinə DÇ üçün pulsuz bilet verməyəcək
  • Dünən, 22:30
    "Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
  • Dünən, 21:54
    “Beşiktaş”ın sabiq prezidenti bu köklü klubu xilas edə bilər
  • Dünən, 21:29
    Burak Yılmaz Fransaya yollanır?
  • Dünən, 20:50
    “Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
  • Dünən, 20:00
    Doğma klubuna sərmayə qoydu
  • Dünən, 19:32
    Luis Enrike hələ ki liderdi
  • Dünən, 19:06
    Modriçin mundialdakı seriyası 5-ə çatacaq
  • Dünən, 18:35
    Qəza nəticəsində həlak oldu
  • Dünən, 17:58
    Cavid İmamverdiyev Region Liqasında oynayacaq
  • Dünən, 17:20
    Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
  • Dünən, 16:49
    Gözlənilən aqibətlə üzləşdi
  • Dünən, 16:29
    Fransa klubunda gözlənilən istefa
  • Dünən, 15:58
    Nigeriyanın baş məşqçisi Osimhenlə bağlı “bomba partlatdı”
  • Dünən, 15:27
    Argentina nəhəngi İkardi ilə bağlı qərarını açıqladı
  • Dünən, 14:51
    Kannavaro azərbaycanlı futbolsevərləri üzdü – Umarali evdə qaldı…
  • Dünən, 14:35
    Türkiyə yığmasının DÇ-2026 üçün yekun heyəti bəlli oldu - Kimlər kənarda qaldı?
  • Dünən, 14:10
    "Qəbələ"nin pley-off oynaması çox böyük biabırçılıqdı..." - Qəbələ Sxadadzeyə şans verəcəkmi?
  • Dünən, 13:29
    Mundialdan sonra Montellaya Türkiyə vətəndaşlığı veriləcək
  • Dünən, 12:58
    Azər Bağırov "Şamaxı"da - RƏSMİ
  • Dünən, 12:47
    "Qəbələ" iki futbolçuyla yollarını ayırdı
  • Dünən, 12:16
    "Sabah"ın futbolçusu DÇ-də oynamayacaq
  • Dünən, 11:46
    "Üç il əvvəl bu kluba böyük ümidlər və hədəflərlə gəlmişdim" - Sekidika
  • Dünən, 11:16
    “Cəza verilib də, bundan sonra daha nə istəyirlər?” - Ramin Musayev “Turan Tovuz”u haqlı görür
  • Dünən, 10:59
    Lebron Ceyms bir ildə 137 milyon qazanıb!
  • Dünən, 10:31
    "Şamaxı"dan yeni baş məşqçiylə bağlı açıqlama - "ən qısa müddətdə..."
  • Dünən, 10:26
    Yığmamız yarımfinala yüksələ biləcəkmi?
  • Dünən, 10:00
    Yankoviç millidə məhsuldar ötürmə etdi
  • Dünən, 09:20
    “Hələ ki heç nə dəqiq deyil” – Elnur Qasımov
  • Dünən, 09:09
    Millimiz 1/4 finalda - AÇ
  • 1-06-2026, 23:0
    Millimiz Niderlanda uduzdu - Dünya Kuboku
  • 1-06-2026, 23:0
    Velko Simiç daha 2 il “Sabah”da
  • 1-06-2026, 22:0
    "Şamaxı" daha bir futbolçunu yola saldı
Daha çox
Oxunub: 405
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 210
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 206
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 197
Rəhim Həsənov Əliyar Ağayevə amansız cəza veribmiş! - ŞOK DETALLAR
Oxunub: 180
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 165
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə