Almaniyanın Şimal-Şərq Regional Liqasında 3-cü turdan təxirə salınan bir oyun keçirilib. Milli komandamızın sabiq forvardı Rüfət Dadaşovun şərəfini qoruduğu Berlin "Dinamo"su səfərdə "Viktoriya 1889 Berlin" ilə münasibətləri aydınlaşdırıb. Futbolçumuzun komandası meydandan 3:1 hesablı qələbə ilə ayrılıb. Rüfət də oyunun iştirakçısı olub. Start heyətində meydana çıxan futbolçu 86-cı dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "Dinamo" hazırda 7 xalla 18 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb.