• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qarabağ”ın son iki ev oyununda 50-yə yaxın oturacaq sındırılıb - AÇIQLAMA

Manşet / Çempionlar Liqası

21-08-2022, 17:0

"Qarabağ" - "Viktoriya" matçında əvvəl, oyunun gedişində və final fitindən sonra bir çox maraqlı olaylar yaşandı.

Biletlər “qara bazar”da real qiymətindən baha satıldı. Stadionun Cənub qapısında və C girişində problemlər yaşandı ki, buna görə azarkeşlər haqlı etiraz səsini ucaltdı. Stadionun ot örtüyünün yaxşı vəziyyətdə olmaması da diqqədən yayınmadı. Bu və başqa məqamlara aydınlıq gətirmək üçün Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Şamil Qurbanovla danışmağı lazım bildik.

- "İTicket" şirkətinin rəsmiləri deyir ki, stadionda turniketlər quraşdırılsaydı, nə "qara bazar" olardı, nə də saxta biletlər. Bu barədə nə deyə bilərsiz?
- Əvvəla onu deyim ki, istənilən şəraitdə "qara bazar"la məşğul olanlar var və olacaq. Turniketlərin varlığı "qara bazar"ın qarşısını ala bilməz. Turniketlər ən yaxşı halda saxta biletlərin paylanılmasına mane ola bilər. Saxta biletlərin satışının qarşısını almaq bizim səlahiyyətimizdə deyil. Amma özüm şahidi oldum ki, bir yer eyni vaxta 7-8 nəfərə satılıb.

- Bunun qarşısını almaq üçün nə tədbir gördüz?
- Bir daha təkrar edirəm ki, bu bizim səlahiyyətimizdə olan məsələ deyil. Biz ən yaxşı halda belə özbaşınalıqla bağlı hüquq-mühafizə orqanlarına şikayət edə və media vasitəsilə bunu ictimailəşdirə bilərik. Amma gələcəkdə saxta biletlərlə girişin qarşısını almaq üçün turkiniketləri quraşdıracağıq. "Qara bazar"la məşğul olanlarla bağlı isə aidiyyatı qurumlar tədbir görməlidi.

- Giriş qapıları, əsasən də Cənub və jurnalistlər üçün nəzərdə tutulan C girişi ilə bağlı şikayətlər var. Hətta jurnalistlərin girişinə də mane olunduğu deyilir. Həqiqətən belədi?
- Bunların hamısı yalan, qarayaxmadı. Stadiona girişlə bağlı problem yoxdu. Oyuna 2 saat qalmış əsas olan B girişi və Cənub qapıları açılır. Sadəcə, bizdə əksəriyyət məsuliyyətsizlik etdiyindən matçın başlamasına 20-30 dəqiqə qalmış gəlir. Belə olan halda da sıxlıq yaranır. Cənub qapılarına gəlincə, ordan da girişdə heç bir maneə yoxdu. Cənab nazir Fərid Qayıbovun göstərişiylə o qapılar açılandan sonra ordan stadiona girənlərin sayında artım müşahidə olunur. İlk dəfə açılandan sonra ordan 1500 azarkeş daxil olmuşdusa, hazırda 5-6 min insan girir. C qapılarına gəlincə, orda heç bir jurnalistə maneə yaradılmayıb. Sadəcə, özünü media nümayəndəsi kimi təqdim edən bir şəxs vardı, ondan akkreditasiya tələb etdik. O da “yoxdu” dedikdə bildirdik ki, burdan ancaq akkreditasiyası olan jurnalistlər keçə bilər. Buna etiraz olaraq həmin şəxs səs-küy yaratdı və onu uzaqlaşdırdıq. Qalan bütün jurnalistlər sərbəst, maneəsiz C qapısından girdilər də, çıxdılar da. Burda hansısa insident olsa, dərhal xəbər tutur və tədbir görürük.

- Qazonun vəziyyəti də ürəkaçan deyil. Bununla bağlı nə deyə bilərsiz?
- Mən 2015-ci ildən stadionun direktoruyam. İndiki kimi yaxşı qazonumuz olmayıb. Düzdü, xırda-para çatışmazlıqlar var. Bunun da səbəbi hədsiz istidi ki, ot örtüyünə təsirsiz ötüşmür. Hazırda qazonda 15-20 faiz saralma ola bilər ki, bunu da aşkarladıqca dərhal tədbir görürük, vaxtında suvarma işləri həyata keçirilir. Havalar sərinləşən kimi bu problem tam aradan qalxacaq. Amma hazırda ot örtüyü istənilən oyunun keçirilməsinə tam hazırdı.

- Azarkeşlər tərəfindən stadionun zibillənməsi, oturacaqların sındırılması halları yenə müşahidə olunurmu?
- Acı reallığı deməliyəm ki, biz ictimai mədəniyyətdən pəhrizdə olmuşuq. Amma ümidverici, sevindirici məqam odu ki, əvvəlki iilərə nisbətən indi yaxşılığa doğru müəyyən irəliləyiş var. Bu işdə media nümayəndələrinin də köməyi, təsiri çoxdu. Məhz sizin vasitənizlə səsimizi çatdırır, azarkeşlərə müraciət edirik. Son müşahidəmi deyəcəm. "Qarabağ" - "Ferentsvaroş" oyununda azarkeşlər 36 oturacağı sındırıb, stadionu hədsiz zibilləmişdilərsə, "Viktoriya" ilə matçda zibilləmə qismən az idi və 8-10 oturacaq qırılmışdı. İnanıram ki, azarkeşlər gələcəkdə daha da maariflənəcək və mədəniləşəcək.

ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər

Aktual / Manşet

31-07-2022, 18:0

"Qarabağ" - "Ferenstvaroş" matçında anşlaq olacaq

Aktual
Azarkeşlər Azər Məmmədovu qəzəblə qarşıladı, lağa qoydu – rəhbərliyə ittihamlar
“Zirə”nin rəqibində böhran – azarkeşlər “Torpedo”nun mərhələ keçəcəyinə inanmır!
Cavid Hüseynov, ortabab komanda, premyer-liqada qalmaq hədəfi... – “Araz-Naxçıvan”da yeni səhifə
“Sumqayıt” yeni baş məşqçi tapa bilmir... – klub rəsmisindən açıqlama
“Qarabağ”ın rəqibi qələbələri sıralayır - heyətdə dəyişiklik varmı?
“Zirə”nin rəqibi autsayderlə bacarmadı – bəs, hansı heyətlə oynadı?
Son xəbərlər
  • Bu gün, 00:58
    İsveçrə 1-сi, Kanada 2-ci oldu - DÇ gecəsi
  • Dünən, 23:25
    "Sabah" ilk yoxlama matçında heç-heçə etdi
  • Dünən, 22:50
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 22:00
    Azarkeşlər Azər Məmmədovu qəzəblə qarşıladı, lağa qoydu – rəhbərliyə ittihamlar
  • Dünən, 21:07
    İtaliya klubunda yeni təyinat
  • Dünən, 20:36
    İbrahimoviç Messini yerə-göyə sığdırmadı - ''Pele, Maradona və Kroyffdan da üstündü''
  • Dünən, 19:59
    Torreyra ''Boka Xuniors'' iddiaları üçün nə dedi?
  • Dünən, 19:34
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 18:26
    Məşhur futbolçu klubsuz qaldı
  • Dünən, 17:59
    “Zirə”nin rəqibində böhran – azarkeşlər “Torpedo”nun mərhələ keçəcəyinə inanmır!
  • Dünən, 17:15
    "Neftçi"dən növbəti transfer
  • Dünən, 16:43
    Mundial onun üçün erkən sona çatdı
  • Dünən, 16:12
    Cavid Hüseynov, ortabab komanda, premyer-liqada qalmaq hədəfi... – “Araz-Naxçıvan”da yeni səhifə
  • Dünən, 15:41
    “1,5 milyon manatın PFL-in büdcəsində saxlanılmasına icazə verilib” - AFFA-dan açıqlama
  • Dünən, 15:20
    “Sumqayıt” yeni baş məşqçi tapa bilmir... – klub rəsmisindən açıqlama
  • Dünən, 14:59
    "Zirə"də daha bir ayrılıq
  • Dünən, 14:27
    “Futbolu bir çox idman növü kimi dörd hissədən ibarət etməli deyilik” - Aslan Kərimov mundialı dəyərləndirdi
  • Dünən, 13:57
    Almaniyadan vətəni İspaniyaya qayıdacaq
  • Dünən, 13:36
    “Qarabağ”ın rəqibi qələbələri sıralayır - heyətdə dəyişiklik varmı?
  • Dünən, 13:15
    "Araz-Naxçıvan" kolumbiyalı futbolçu transfer etdi
  • Dünən, 12:54
    Xankəndidə yeni cüdo zalı istifadəyə verildi
  • Dünən, 12:23
    "Sabah" Avstriyada ilk yoxlama oyununu keçirəcək
  • Dünən, 11:52
    “Zirə”nin rəqibi autsayderlə bacarmadı – bəs, hansı heyətlə oynadı?
  • Dünən, 11:31
    "Neftçi"nin sabiq futbolçusu "Ballkani"də
  • Dünən, 11:10
    PFL klublara 2 milyon 610 min manat ödədi
  • Dünən, 10:59
    “Kəpəz” uğursuz olsa, Azər Məmmədovla birgə rəhbərlik də cavab verəcək” – “Xəmsə”
  • Dünən, 10:28
    Elvin Cəfərquliyev Avstriyaya aparıldı, bəs Abbas hanı? - klub rəsmisi cavab verdi
  • Dünən, 09:51
    1/16 finalda oynayacaq komandalardan 7-si bəllidi - DÇ səhəri
  • Dünən, 02:02
    İngiltərə - Qana oyununda qol vurulmadı - DÇ gecəsi
  • 23-06-2026, 23:0
    "Pafos" Muradın təqdimatını yayınladı
  • 23-06-2026, 23:0
    "Şahdağ Qusar"da yeni futbolçu
  • 23-06-2026, 23:0
    Portuqaliya Özbəkistanı darmadağın etdi - DÇ gecəsi
  • 23-06-2026, 22:0
    Zaur Ramazanov AFFA-ya getməyə vaxt tapmır – yoxsa bu da qeyri-ciddi məsələdi?
  • 23-06-2026, 22:0
    Mourinyo onları “Real”da görmək istəyir
  • 23-06-2026, 21:0
    ''Fənərbaxça'' 17 futbolçu ilə yollarını ayıracaq
Daha çox
Oxunub: 255
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 252
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Oxunub: 232
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 209
Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
Oxunub: 203
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
Oxunub: 198
“Kəpəz”in heybətli görünən sədr və baş məşqçi postu... – Gəncədə uduzmaq üçün şir ürəyi yemək lazımdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə