
Əliyar Ağayev Azərbaycandan getdi
FİFA referisi Əliyar Ağayev çərşənbə günü ABŞ-a yollanıb. Hakimin okeanın o tayına yollanmasına səbəb heç də beynəlxalq matç idarə etmək deyil. Gedişə səbəb onun ABŞ hökumətinin hər il bir dəfə keçirdiyi “Green Card”da qalib olmasıdı. Təcrübəli referinin okeanın o tayından nə vaxt qayıdacağı bəlli deyil. Bunu Əliyar bəydən öyrənmək istəsək də, o, telefon zənglərimizə və mesajlarımıza cavab vermədi.
Xatırladaq ki, Ağayevin Azərbaycanda idarə etdiyi son oyun permyer-liqanın 2-ci turuna təsadüf edib. O, “Qəbələ” – “Sumqayıt” matçında (1:0) əsas söz sahibi olub.
Qeyd edək ki, “Green Card” ABŞ höküməti tərəfindən hər il keçirilən lotereya yarışıdı. Burda qalib olan vətəndaşlara ABŞ-da işçi vizası və bir neçə ildən sonra isə vətəndaşlıq verilir. Builki qaliblər arasında Ağayevin də adı var.