“Atletiko” unikal klubdu. Onun bütün uğurları Dieqo Simeonenin məşqçilik üslubu ilə bağlıdı. Və argentinalının əsas prinsipi yüksək fiziki hazırlıqdı. Bu mənada çoxlu nümunə göstərmək olar.

• “Atletiko” 2015/16 mövsümündə (“Real” və “Barselona”nın fonunda az büdcə ilə) yüksək tempdə 57 oyun keçirdi, Çempionlar Liqasının finalına çıxdı və La Liqada üçüncü oldu.
• 2018-in apreli, Avropa Liqasında “Arsenal”la yarımfinal oyunu. Qırmızı vərəqədən sonra madridlilər 80 dəqiqə azlıqda oynasalar da, heç-heçə (1:1) edə bildilər. Və yəqin “Atletiko”nun oynadığı stadionlarda qazon böyümür” kimi qanadlı ifadəni eşitmisiz. Belə idman forması qeyri-adi mövsümöncəsi toplamış sayəsində təmin olunur.

Fiziki hazırlıqla kim məşğuldu?
“Atletiko”da fiziki hazırlığa görə uruqvaylı fitnes məşqçisi Oskar Orteqa cavabdehlik daşıyır. O, bu kluba Simeone ilə tanışlıq sayəsində gəlib. İlk dəfə 2003/04 mövsümündə tanış olublar. Ortaqa “Atletiko”ya məşqçi Qreqorio Mansao ilə birgə çalışmaq üçün gəlib. Həmin vaxt karyerasının son dönəminə qədəm qoyan Simeone necə heyran olubsa, 2006-da “Rasinq”də məşqçi karyerasına başlayanda Oskara üz tutub. Onlar birlikdə Argentinada və İtaliyada çalışıblar, 2011-də isə Madridə köçüblər.

Orteqa yorucu məşqlərin fanatıdı: “Fizika” uğurun 25 faizi deməkdi. Top bizə asanlıqla keçmir, onu əldə etməliyik”. Komandada Orteqanı El Profe (Professor) çağırırlar. Xarici görünüşünə və düşüncəli görkəminə görə: uruqvaylı təqvimə, mövsüm üçün hədəflərə və hər oyuçunun fərdi özəlliklərinə görə təmrinlər hazırlayır. Güc idman növlərinə meyillənir, Amerika futbolu, reqbi, basketbol və boksdan ideyalar götürür. Oslar karyerasının əvvəlində Montevideodakı Britaniya kollecində reqbi üzrə məşqçi kimi çalışıb – futbolçuların da belə möhkəm olmasını istəyir: “Reqbidə elə detallar var ki, futbolda da tətbiq etmək olar. Rəqibə necə təzyiq göstərmək, mübarizə aparmaq, komanda işi və s.”.
Ancaq Orteqanın fəlsəfəsinin məhək daşı mövsümöncəsi toplanışlardı.

Futbolçuları dağda qaçmağa məcbur edir, onlar kolluqda qaytarır

“Barselona” və “Real” artıq neçə ildi ki, tam həcmli mövsümönəsi toplanışı Asiya və ABŞ turnelərinə qurban verir. Orteqa isə “Atletiko”nu xüsusi yerə - Madridin şimal-qərbində yerləşən Seqoviya şəhərciyinə aparır. Şəhərcik kiçik olsa (60 minə yaxın əhalisi var) da, maraqlıdı – burda Uolt Disneyi Zoluşka qalasını yaratmağa ruhlandıran Alkasar-de-Seqoviya yerləşir. “Atletiko”nun oyunçuları üçün isə bu yer tam başqa duyğularla assosiasiya olunur.
Orteqanın mövsümöncəsi toplanışının ağırlığını uzaq 2015-də hiss edən Fernando Torres belə də demişdi: “Bura cəhənnəmdi və məhz o günahkardı”. Çox güman, El Ninyo Orteqanın “ana” tapşırığından – gün ərzində dağda qaçmaqdan danışır. Orteqanın köməkçiləri bu tapşırığın icrası üçün qolf meydançasında 30 dərəcəli maililik bucağı isə süni dağ yaradırlar. “Atletiko” mövsümöncəsi toplanış zamanı gündə iki məşq keçir, bəzən gün ərzundəki bütün təmrinlər dağda sprintdən ibarətdi. Orteqanın sevimli ifadəsi var: “İyuldakı qabarlar maydakı əlavə gücdü”.
Orteqanın bu dağı ilə bağlı bir neçə tarixçə var.

• Enişin yanında kollar da var – veteranlar zarafat edirlər ki, ürək bulananda onlardan yararlanmaq olar. Təbii ki, bu zarafat boşuna yaranmayıb.
• “Atletiko”nun düşərgəsinə 2019-un yayında qədəm qoyan Kiran Trippyer dərhal komandanın Seqoviyadakı düşərgəsinə yollanıb. Gözünə dəyən ilk adam Dieqo Koşta olub – braziliyalı səntirləyirmiş, başı fırlanıırmış. Dieqo həmin gün məşqçi başa çatdıra bilməyib.
• 2022-nin iyulunda jurnalistlər Orteqanın dağ məşqini çəkib. Qrizmann güclə yeriyir və daim öskürürmüş. Həmkarımız ondan özünü necə hiss etdiyini soruşanda belə cavab verib: “Bura ölüm təpəsidi”.
“Atletiko”da mövsümöncəsi toplanışı yenilər üçün lakmus kağızı sayırlar: davam gətirsələr, uzun müddət oynaya biləcəklər. Qrizmann ilk toplanışı ağır keçirsə da, təmrinlərdən yayınmadı və uyğunlaşa bildi. Ancaq əks nümunə də var – argentinalı forvard Lusiano Vyetto. Madriddə 4 sönük il keçirdi.

Oskar AS-a müsahibədə deyir: “Klubun inkişafı üçün vacib olan identiklik yaradırıq. Fiziki güc identikliyin həlledici hissəsidi. Bu yeni oyunçular üçün asan deyil, uyğunlaşmalıdılar. Ancaq onlar hara gəldiklərini bilirlər”.
Maraqlıdı ki, 64 yaşlı uruqvaylı özü də əla formadadı. Qaçış vurğunudu və hətta Çempionlar Liqasının 2016-cı ildəki finalından əvvəl “San-Siro”da dövrə vururdu.

Mövsümöncəsi toplanışın sonunda oyunçuları “mükafat” gözləyir: komanda və məşqçi korpusu Seqoviyadakı “Jose Maria” restoranında bir araya gəlir. Bu vaxt artıq oyunçulara rejimi pozmağa da icazə verilir – bir neçə il əvvəl Kataloniyanın “Mundo Deportivo” qəzeti həmin məclisdən fotoreportaj hazırlamışdı, yeməklər arasında qızardılmış donuz balası da var idi.

Məşqlər müharibəyə bərabərdi
Mövsüm ərzindəki məşqlər artıq əvvəlki qədər sərt deyil, burda üstünlük toplu təmrinlərə verilir. Ancaq oyunçular yenə də şokdadı. Tomas Partinin fikirləri: “Başqa klubların necə işlədiyini bilmirəm. Ancaq burda hər məşq döyüşdü”.
Oyunçuların formadan düşməməsi üçün onların çəkisinə ciddi nəzarət olunur. Bu işlə Dieqo Simeone özü məşğuldu. 2020-ci ildə İspaniyanın “El hormiguero” şousunun qonağı olan Koke ilə Qrizmann “Atletiko”dakı sərt qayda-qanundan danışıblar. Kokenin dedikləri: “Bizi hər gün çəkirlər. Kimsə kiloqram və ya daha çox kökəlibsə, komandaya deməlidi. Simeone kökləri sevmir, artıq çəki isə dərhal gözə dəyir. Simeone deyir ki, artıq çəki ağır çanta ilə qaçmağa bərabərdi”.

Belədə aparıcı artıq çəkiyə görə futbolçuları hansı cəzanın gözlədiyini də soruşub. Kokenin cavabı qısa olub: “Bir söz deyəcəm – yaxşı olar ki, Simeoneni qəzəbləndirməyəsən”.

Son xəbərlər

Messidən azarkeşə gözəl hədiyyə

Çağlar Söyüncü hansı kluba keçəcək?

Son çempiondan darmadağın - YENİLƏNİB

Sənan Qurbanov: "Olduqca yanlış, qərəzli yanaşmadı”

Muslera ''Qalatasaray''da tarix yazmaqda davam edir

Yunis Hüseynov AFFA İcraiyyə Komitəsinin üzvü ilə razılaşmadı – AÇIQLAMA

“Borussiya” oyunçusuna qiymət qoydu

"Qarabağ"ın təsisçisinin dəyişməsi ilə bağlı yekun qərar

TFF qərarını dəyişdi

Dünya çempionatında iştirak edə bilməyəcək

“Valensiya”da yeni futbolçu

Benzema mükafat bolluğuna düşdü

Fiqu göyün 7-ci qatında futbol oynadı!

Vaqif Sadıqov: “Bəlkə De Byazi burda qalmaq istəmir, hardan bilirsiz?” - AÇIQLAMA

Fanatlar Türkiyə millisinin başında kimi görmək istəyir? - SORĞU

“Çelsi”nin oyunçusu məşqlərə başladı

Sabiq “Qalatasaray”lı BƏƏ-də oynayacaq

Mançester derbisini buraxacaqlar

FİFA təhqiqat aparır

“Fənərbaxça” daha bir oyunçu ilə yollarını ayırdı

Peşəkar boks = real ölüm ehtimalı

Karyeralarını başa vurdular

Premyer-liqada 2 milyard 526 milyon avroluq qazanc - SİYAHI

Dünya çempionatı üçün 208 milyard avroluq xərc

“Yığmanın “sükanı arxasında” yerli, gənc mütəxəssislər olmalıdı” - Aslan Kərimov

Skaloni ilə müqavilə yeniləndi

Superliqanın səviyyəsi Allini təəccübləndirib - AÇIQLAMA

"Qarabağ"la oyundan öncə "Olimpiakos"da daha bir ciddi itki

Kolumbiya da dünya çempionatında təmsil olunmaq istəyir

Qutyerresin hərəkətinin sirri 12 ildən sonra açıldı

Maqnussenə ən sürətli dövrə yox, xal lazımdı - MÜSAHİBƏ

Tolqay Arslan derbidə kimi favorit görür?

İFA-dan Ronaldoya gecikmiş ittiham

Emin Ağayev: “Tibbi komissiyadan keçirdilər, paltar və ayaqqabı ölçülərimi götürdülər” - MÜSAHİBƏ

Zubir: "Fransa klubuna qol vurmaq özəldi" - VİDEO

Simeoneyə etimad tükənməyib

"Hərbçilər" gəncəliləri məğlub etdi - VİDEO

22-ci "Səbail" - "Qəbələ" duelinə doğru

Mövsümün sonunda “İnter”dən gedəcək

Tahir Süleymanov almanları hakimlərimizə nümunə göstərdi

Türkiyə Avropada gənclərə ən az şans verən ölkədi!

Laviolett Oveçkini təriflədi

Misirdə Olimpiada keçiriləcək?

Doğma klubunun idman direktoru olacaq

"Yığmada baş məşqçi əcnəbi olacaqsa, mütləq iki yerli onun köməkçisi olmalıdı" - Ağasəlim Mircavadov

Bütün xəbərlər