Prosineçki qayıtdı və heyəti açıqladı
Yığma sentyabrın əvvəlində DÇ-nin seçmə mərhələsi çərçivəsində iki oyun keçirəcək. Gələn ayın 1-də səfərdə Norveçlə qarşılaşacaq milli bundan 3 gün sonra evdə San Marino ilə üz-üzə gələcək. Məlum olduğu kimi, iyunun 10-dan – Şimali İrlandiya ilə görüşdən (0:1) sonra ölkəmizi tərk edən Robert Prosineçkinin Bakıya qayıdışı yubanırdı. Xorvat mütəxəssisin əvvəlcə avqustun 15-də, daha sonra isə 20-də gələcəyi deyildi. Ancaq Prosineçki daha iki gün gecikmə ilə AFFA-nın, eləcə də futbol ictimaiyyətinin intizarına son qoydu. Belə ki, yığmanın çalışdırıcısı artıq Bakıdadı. Təbii, 70 gündən artıq məzuniyyətdə olan, klublarımızın avrokubok oyunlarını, eləcə də çempionatın ilk iki turunun görüşlərini izləməyən Prosineçkinin hansı məntiqlə seçim edəcəyi, kimlərə dəvət göndərəcəyi və heyəti nə vaxt açıqlayacağı maraq doğururdu. Nəhayət, dünən Prosineçkinin güvəndiyi futbolçuların adları AFFA-nın rəsmi saytı vasitəsiylə ictimaiyyətə açıqlandı. Belə çıxır, azərbaycanlı köməkçiləri Mahmud Qurbanovla Faiq Əzizov bütün lazımi məlumatları baş məşqçiyə çatdıra biliblər. Əks halda, görmədən-bilmədən siyahı tərtib etmək məntiqsizlik olardı. Ancaq köməkçi-məşqçilərin raportuna əsaslanaraq heyət müəyyənləşdirmək də hər mütəxəssisin işi deyil. Siyahıya gəlincə, Prosineçki Norveç və San Marino ilə oyunlar üçün 25 nəfərə dəvət göndərib. Ötən toplanışla müqayisə aparsaq, Eddi İsrafilov, Emin Mahmudov və Elvin Məmmədova bu dəfə ehtiyac duyulmayıb. Əvəzində isə daha öncə yığmaya dəvət alan və hazırda karyerasının yüksəliş dövrünü yaşayan Mahir yenidən milliyə çağırılıb. İlk dəfə millinin düşərgəsində olacaq futbolçu isə Təmkin Xəlilzadədi. Hələ ötən mövsümdən “Zirə”nin heyətindəki oyunu ilə yığmanı haqq edən Təmkinin dəvət alması müsbət məqamdı. Maraqlıdı ki, Prosineçki yenə Rauf Əliyevi bu seçmə mərhələ oyunlarında görmək istəməyib. Bir sözlə, xorvat mütəxəssisin 25 nəfərlik siyahısı ilə tanış olun: qapıçılar - Kamran Ağayev (“Mlada Boleslav”, Çexiya), Anar Nəzirov (Zirə), Səlahət Ağayev (Neftçi); müdafiəçilər – Tərlan Quliyev (İnter), Bədavi Hüseynov, Maksim Medvedev, Rəşad Sadıqov (hamısı “Qarabağ”), Pavel Paşayev (“Aleksandriya”, Ukrayna), Məhəmməd Mirzəbəyov, Ruslan Abışov (hər ikisi “Neftçi”), Ürfan Abbasov (Qəbələ); yarımmüdafiəçilər – Rahid Əmirquliyev, Qara Qarayev, Əfran İsmayılov, Riçard Almeyda (hamısı “Qarabağ”), Dmitri Nazarov (“Ertsgebirge”, Almaniya), Təmkin Xəlilzadə (Zirə), Araz Abdullayev (“Anortosis”, Cənubi Kipr), Cavid Hüseynov (Qəbələ); hücumçular – Ağabala Ramazanov, Mahir Mədətov (hər ikisi “Qarabağ”), Ruslan Qurbanov (Qəbələ), Namiq Ələsgərov (Neftçi), Ramil Şeydayev (“Jilina”, Slovakiya), Renat Dadaşov (“Ayntraxt”, Almaniya).
Yeri gəlmişkən, artıq Norveçin də heyəti açıqlanıb. Baş məşqçi Lars Laqerbek 24 oyunçuya dəvət göndərib: qapıçılar - Sten Qrütebust (“Odense”, Danimarka), Andre Hansen (Rusenborq), Rune Yarsteyn (“Herta”, Almaniya); müdafiəçilər - Haytam Alisami (“Palermo”, İtaliya), Omar Elabdellaui (“Olimpiakos”, Yunanıstan), Birger Melinq, Tore Reqiniussen, Yorgen Şelvik (hamısı “Rusenborq”), Hovard Nordtveyt (“Hoffenhaym”, Almaniya), Yonas Svensson (“Alkmaar”, Hollandiya), Qustav Valsvik (“Braunşveyq”, Almaniya); yarımmüdafiəçilər - Sander Berge (“Genk”, Belçika), Yo İnqe Berqet (“Malmö”, İsveç), Mats Dehli (“Sankt-Pauli”, Almaniya), Məhəmməd Əl-Yunussi (“Bazel”, İsveçrə), Stefan Yohansen (“Fulhem”, İngiltərə), Anders Konradsen, Anders Trondsen (hər ikisi “Rusenborq”), Martin Linnes (“Qalatasaray”, Türkiyə), Ole Kristian Selnaes (“Sent-Etyenn”, Fransa); hücumçular - Tarik Əl-Yunussi (“Olimpiakos”, Yunanıstan), Byön Yonsen (“Den Haq”, Hollandiya), Coşua Kinq (“Bornmut”, İngiltərə), Aleksander Sörlot (“Midtyullann”, Danimarka).
Bu arada Laqerbek yığmamızla oyun haqda düşüncələrini dilə gətirib: “Azərbaycanı qiymətləndirməmək olmaz. Rəqib son iki ildə FİFA reytinqində 60 pillə yüksələn komandadı. Onların yaxşı heyəti var. Azərbaycan millisində Çempionlar Liqasının pley-offunda mübarizə aparan “Qarabağ”ın bir neçə futbolçusu çıxış edir. Bu rəqiblə duel bizim üçün asan olmayacaq. Həmin görüşə yaxşı hazırlaşmalıyıq. Bu, qələbə qazanmaq üçün vacibdi”.
Sonda onu da qeyd edək ki, bu rəqiblər arasında Bakıda baş tutan qarşılaşmada Prosineçkinin komandası minimal hesabla (1:0) qalib gəlmişdi. Skandinavların qapısından topu Maksim Medvedev keçirmişdi. Hazırda C qrupunda Norveç 4 xalla 5-ci, millimiz isə 7 xalla 4-cü pillədə yer alıb.
FARİZ

Son xəbərlər

Tahir Gözəl Budapeştdə

“Futbolçularımız oyunun əhəmiyyətinin fərqindədilər” - “Ferensvaroş”un prezidenti

"Qalatasaray"dan iki transfer

Millimizin rəqibləri müəyyənləşdi

"Roma"dan "Sampdoriya"ya

"Çelsi" müdafiəçisini "Monako"ya göndərir

Torreyra "Qalatasaray" yolunda

"Borussiya"da yeni forvard

"Napoli"nin hədəfindəki qapıçı

"İnter" hücumçusu ilə yollarını ayırdı

"Sona qədər layiqli mübarizə aparmağa çalışacağıq" - Qurban Qurbanov

U-23 məğlubiyyətlə başladı - KONYA-2021

"Qəbələ"dən səfər qələbəsi - VİDEO

"Nəticəni baş məşqçinin rəqibdən qorxması təyin etdi" - AÇIQLAMA

"Penalti futbolçulara psixoloji olaraq təsir etdi" - Ayxan Abbasov

İlk qızıl Skidandan gəldi - KONYA-2021

"Hər bir komanda burada oynamaqdan zövq alacaq" - Elmar Baxşıyev

"Qəbələ" qələbə ilə başladı - YENİLƏNİB

İsko yeni klubu ilə müqavilə imzaladı

"Neftçi"dən növbəti transfer

"Arsenal" PSV-nin hücumçusunu transfer edə bilər

"Ferentsvaroş"un heyətində itki

Prezident Dünya Oyunlarında nəticə göstərmiş idmançıları mükafatlandırdı

"Qarabağ"a qarşı tamamilə yeni matça çıxacağıq" - Çerçesov

Ukraynanın rəmzi komandasında Azərbaycanda işləmiş 2 nəfər yer aldı

"Neftçi" ilə matçda daha yaxşı işlər görəcəyik" - "Rapid"in futbolçusu

"Azərbaycan millisində oynamaq ehtimalım var idi" - Cəmaləddin Xocaniyazov

"Daha çox qol vura bilərdik" - Holann

Xavi bu futbolçulara güvənmir

PSJ "Napoli"nin yarımmüdafiəçisini transfer edir

"Qəbələ"nin 4 futbolçusu məşqlərdə iştirak etmir

"Borussiya" yeni hücumçu transfer etdi

Azərbaycan premyer-liqasında 13000-ci qol

Yığma komandamız Avropa birinciliyində iştirak edəcək

"Barselona" kuboku darmadağınla qazandı

"İstəyirik ki, hər şey 90 dəqiqədə həll olunsun" - Qurban Qurbanov

Emin Mahmudov "Neftçi"də yubiley matçına çıxdı

"Səbail"dən anti-rekord

Musa Qurbanlı "Qarabağ"ın ən yaxşıları siyahısında

"Qarabağ" Macarıstana yola düşdü

Çempionatın ilk turu Regekampf üçün əlamətdar oldu

Fərid Qayıbov milli üzvləri ilə görüşdü

"Neftçi"yə qarşı ilk oyun çox çətin alındı" - "Rapid"in futbolçusu

Yığmalarımız Şahmat Olimpiadasında Ermənistanla qarşılaşacaq

Kapitan "Ferentsvaroş"la cavab oyununu da buraxacaq

Bütün xəbərlər