Sizin reklam burada

Millimizdən qələbə və məğlubiyyət

Baxış Sayı:398

Millimizdən qələbə və məğlubiyyət
Bildiyiniz kimi, qadın şahmatçılardan ibarət millimiz bugünlərdə yoxlama matçı keçirir. Yığma Almaniya ilə münasibətləri aydınlaşdırır. Avqustun 20-dən 26-dək davam edəcək görüşlər 5 lövhədə təşkil olunub. Bu yoxlama oyunu hər 2 yığmanın qarşıdakı məsul yarışlara daha yaxşı hazırlaşmasına hesablanıb. Görüşün baş hakimi FİDE dərəcəli Lütfiyar Rüstəmovdu.
Xəbər verdiyimiz kimi, ilk tur komandamızın asan qələbəsi ilə yekunlaşıb. İki şahmatçımız lövhədən heç-heçə ilə ayrıldığı halda, qalanları rəqibini mat edib. Ümumi nəticədə komandamız 4:1 hesabı ilə qalıb gəlib. Nəticələr isə belə olub: Nərmin Xələfova (2239) – Yelizabet Pets (2469) 0,5:0,5, Gülnar Məmmədova (2357) – Sara Hult (2449) 1:0, Ülviyyə Fətəliyeva (2323) – Yelena Levuşkina (2311) 0,5:0,5, Zeynəb Məmmədyarova (2277) – Heynemann (2284) 1:0, Xanım Balacayeva (2282) – Fiona Sieber (2277) 1:0. Srağagün isə ikinci görüş baş tutub. Bu dəfə komandamız məğlub olub - 1,5:3,5. Dünən keçirilən üçüncü görüşdə də şahmatçılarımız qələbəni bayram edib – 3:2. Ülviyyə Fətəliyevanın 1-ci lövhədə Yelizabet Pets üzərində qələbəsini xüsusi qeyd etməyə dəyər. Xanım Balacayeva və Gülnar Məmmədova da günü qələbə ilə başa vurub.
Qeyd edək ki, komandalar arasında daha iki dəfə üz-üzə gələcək.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR