Sizin reklam burada

“Kəpəz”in zədəliləri sıraya dönür

Title
“Kəpəz”in zədəliləri sıraya dönür
Premyer-liqanın 3-cü turunda səfərdə “Neftçi” ilə görüşəcək “Kəpəz” dünəndən qarşıdakı oyunun hazırlığına başlayıb. “Sarı-göylər” tarixi derbiyə Bakıda hazırlaşır. Komanda məşqlərini Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydanında keçir. “Kəpəz”in oyunöncəsi son məşqi matçın keçiriləcəyi arenada baş tutacaq.
Bu arada klub saytının yaydığı xəbərə görə, əsas komandanın üzvü Dedimar Ferreyranın zədəsi sağalıb. Ötən tur “Zirə” ilə oyunu buraxan braziliyalı müdafiəçi komanda ilə birgə məşqlərə qoşulub. Qəsəbə təmsilçisi ilə qarşılaşmada soyuqladığından meydana çıxa bilməyən Serqey Çernışevin də səhhətindəki problem aradan qalxıb. Yarımmüdafiəçi məşqlərdə iştirak edir.
“Zirə” ilə görüşdə zədələnərək əvəzlənən Viktor Lakinin durumu isə qismən yaxşılaşıb. Klubun tibbi personalından verilən məlumata görə, ayaq pəncəsi əzilən hücumçu indi bərpa prosesi keçir. Fərdi şəkildə hazırlaşan futbolçunun növbəti turda oynayıb-oynamayacağına matç günü aydınlıq gələcək.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.