Sizin reklam burada

“Binə” Gürcüstanda üçüncü qələbəsini qazandı

Baxış Sayı:780

“Binə” Gürcüstanda üçüncü qələbəsini qazandı
Gürcüstanda təlim-məşq toplanışında olan “Binə” son matçını keçirib. Bu dəfə də rəqib Batumi “Dinamo”su olub. Oyun “aslanlar”ın 4:0 hesablı qələbəsiylə başa çatıb.
Avqustun 11-dən Gürcüstanın Çakvi şəhərində olan “Binə” bundan əvvəl üç yoxlama matçında qüvvəsini sınamışdı. Mehman Babayevin rəhbərlik etdiyi təmsilçimiz “Samtredia”nı 3:0, Batumi “Dinamo”sunu 1:0 hesabıyla yenmiş, “Maçaxela”ya uduzmuşdu - 0:1.
Qeyd edək ki, “Binə” sabah vətənə dönəcək. Komanda Bakıya qayıdandan sonra da bir yoxlama oyunu keçirəcək. Lakin hələlik rəqibin kimliyi bəlli deyil.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR