Sizin reklam burada

Emin Cəfərquliyev “Səbail”dən ayrılıb, “Binə”yə keçdi!

Baxış Sayı:993

Emin Cəfərquliyev “Səbail”dən ayrılıb, “Binə”yə keçdi!
Samir Əliyev: “Onunla hansısa problemimiz olmayıb”
Premyer-liqanın debütantı “Səbail” bir futbolçu ilə yollarını ayırıb. Söhbət ötən mövsümün sonunda AZAL-dan ayrılan və yayda “aslanlar”la müqavilə bağlayan Emin Cəfərquliyevdən gedir. Klub Eminin ayrılması haqda xəbəri rəsmi “feysbuk” səhifəsində yayıb. 27 yaşlı müdafiəçi şəxsi işləri ilə bağlı klubdan ayrılmaq istədiyi barədə rəhbərliyə müraciət edib. Futbolçunun müraciəti müsbət qarşılanıb və müqaviləsinə xitam verilib.
İkinci turda “Neftçi” üzərində 1:0 hesablı qələbə qazanaraq premyer-liqada ilk 3 xalını qazanan “Səbail”dəki bu ayrılığı heç də anlamaq olmur. Baş məşqçi Samir Əliyev komandanı sıfırdan formalaşdırdı və özünə lazım olan futbolçuları kluba çağırdı. Bəs transfer pəncərəsinin bağlanmasına sayılı günlər qalmış Eminin gedişi nədən xəbər verir? Bəlkə futbolçu ilə məşqçilər korpusu və ya rəhbərlik arasında hansısa problem yaşanıb? Öncə Eminin özü ilə danışdıq. O, şəxsi işlərinə görə klubdan ayrıldığını bildirdi: “Səbail”də kimləsə problemim olmayıb. Klub rəhbərliyinə və məşqçilər korpusuna qərarıma hörmətlə yanaşdığı üçün təşəkkür edirəm. Sağ olsunlar ki, məni başa düşdülər. Şəxsi işlərimə görə “Səbail”dən getməli oldum. İndi “Binə”dəyəm. Bir neçə təklif var idi. Məsələhət gördülər ki, “Binə”yə keçim. Bunun xüsusi bir səbəbi yoxdu”.
Əliyev də Eminin dediklərini təsdiqlədi: “Bəli, biz Türkiyə toplanışında olanda Emin yaxınlaşdı ki, bəs ailəsində problemləri var, ona icazə verək. Biz də icazə verdik, qayıtdı Azərbaycana. Onunla hansısa problemimiz olmayıb. Sonra vətənə dönəndə də Cəfərquliyev bizə müraciət etdi. Dedi ki, şəxsi işlərinə görə klubdan ayrılmaq istəyir. Bunu normal qarşıladıq, ona icazə verdik. Düşünmürəm ki, bizdə müdafiəçilərlə bağlı hansısa problem olsun. Müdafiəçi transfer etməyəcəyik. Eminin yerində oynatmağa futbolçularımız var. Ona təşəkkür edirik. Eyni zamanda özü də bizə minnətdarlığını bildirdi”.
ŞƏFİ ŞƏFİYEV

Oxşar xəbərlər
SON XƏBƏRLƏR