İlk görüşdə qələbə
Müəllif: football Tarix: 23-08-2017, 20:18 527 Baxış

Xəbər verdiyimiz kimi, Bakıda qadınlardan ibarət şahmat yığmamız Almaniyanın müvafiq komandasıyla yoldaşlıq oyunu keçirir. Ölkə çempionu Günay Məmmədzadənin ilk turda püşk atılmadan ağ fiqurların qonaqlara verilməsinə görə oynaçayacağını da bilirsiz. Şahmat Federasiyası onu Nərmin Xələfova ilə əvəzləməyi lazım bilib. Hər halda, dünən keçirilən ilk görüş bizimkilərin qələbəsiylə bitib – 4:1. Ülviyyə Fətəliyeva ilə Nərmin Xələfova rəqibləriylə xal bölgüsünə razılaşıb. Gülnar Məmmədova, Zeynəb Məmmədyarova və Xanım Balacayeva isə qələbə qazanmaqda çətinlik çəkməyib.