“Qəbələ” heyətinə daha bir futbolçu qatıb.
Football-plus.az xəbər verir ki, “qırmızı-qaralar” yay transfer dövründə altıncı oyunçu keçidini reallaşdırıb. Ukraynalı yarımmüdafiəçi Andrey Strijak "Qəbələ" ilə 1+1 illik müqavilə imzalanıb.
Kiyev “Dinamo”sunun yetirməsi olan Andrey peşəkar karyerası ərzində “Şaxtyor” (2017-2018), “Arsenal” (2018-2019), “Vorskla” (2019), “Çernomorets” (2020), “Ximik” (2020), “Metallist” (2021-2022), “Olimpik” (2021) və Xorvatiyanın “Medimurye” (2022) klublarının formasını geyinib.