Futbol ictimaiyyəti “Neftçi”ni “asıb-kəsdi”
Tahir Süleymanov: “Əl çəkin ata-babalarımızın miras qoyduğu "Neftçi"dən!”
Ötən mövsüm antirekordlarla yadda qalan “Neftçi”də işlər heç cür düzəlmir. Çoxları yeni mövsümdə daha iddialı komanda görəcəyinə ümid edirdi. Ancaq fakt budu ki, aradan keçən 3 aydan da çox müddətdə heç bir şey dəyişməyib. Premyer-liqanın ilk turunda əzəli rəqibi “Qarabağ”a uduzan “ağ-qaralar” bu dəfə debütantı sevindirdi. Bununla da “Neftçi” “Səbail”in tarixinə düşdü. Əlbəttə, bu gedişlə gələcək üçün nikbin proqnozlar vermək çətindi. Çünki ortada nə oyun var, nə də nəticə. Ölkə futbolunun flaqmanı sayılan komandanın indiki durumu olduqca acınacaqlıdı. “Ağ-qaralar”ın növbəti məğlubiyyəti “feysbuk”da da əks-səda verdi, bir sıra tanınmış futbol adamları ölkənin ən nköklü klubunu tənqid atəşinə tutdu.
Tahir Süleymanov (“Neftçi”nin sabiq vitse-prezidenti, beynəlxalq dərəcəli referi): “İlk iki tur, iki məğlubiyyət. Biri əzəli rəqib "Qarabağ", digəri isə bir yaşlı "Səbail". "Neftçi" hər zaman "Neftçi"di! "Neftçi"nin ruhunu öldürüblər. Kluba dürtüşdürülən ruhsuzlardan meydanda heç kim çəkinmir. Artıq hamı bunlar ("Neftçi" yox) üzərində qələbə qazanmamağı özünə ayıb sayır. Futboldan xəbəri olmayan qohum, dost-tanışlar üçün "Neftçi"ni şəxsi gəlir mənbəyinə çeviriblər. Havadarların dəstəyi ilə özlərini cəzasız, toxunulmaz hiss edənlər xalqın, dövlətin vəsaitini ata malı kimi xərcləyərək azarkeşləri də sponsor, təsisçilərə qarşı yönəltməkdən çəkinmirlər. 3 mövsümə "Neftçi"yə 20 milyondan çox vəsait sərf olunub. "Neftçi"nin illik büdcəsi yuxarı-aşağı "Zirə", "İnter", "Kəpəz", "Sumqayıt", "Səbail"in toplam büdcəsi qədərdi. Orxan Hüseynzadənin etiraf etdiyi kimi, büdcə ölkədə üçüncüdü. Məğlubiyyətlər bir tərəfə, "Neftçi" həvəskar zavod-fabrik komadasından da aşağı düşüb. Təsəvvür edin, futbolçular bu gün isinmə hərəkətlərinə çıxır, futbolkalarda "Neftçi" loqosu yoxdu. "Neftçi" emblemi müqəddəsdi! Rəsmi görüşdə futbolkalarda titul sponsoru olduğu halda qapıçının geyimində əks olunmur(!). Futbolçu meydana daxil olur, hakimlər boyunbağını boynundan açır. Belə hallar ancaq məhəllə təfəkkürü olan komandalarda ola bilər.
Təəccüblü deyil, "Neftçi"də çalışan rəhbərlərin əksəriyyətinin peşəkar futboldan anlayışı yoxdu. Belə təşkilatçılıq, futbola həvəskar baxışla "Neftçi"nin psixologiyası yerində ola bilməz! Fiziki, taktiki, nəzəri hazırlıqdan danışmağa dəyməz. Həyatda mənəviyyat deyilən bir anlayış var. İnsanlar bacarmadığı sahədə çalışmaz! Mənəviyyatı olanlar buna yol verməz! Tarixi klub olan "Neftçi"ni bu hala salmağa heç kimin haqqı yoxdu! Sizlərə vəzifə, pul lazımdı. Futboldan əl çəkin. Qohum, dost-tanışlarınızın yüzlərlə obyekti, dürtüşdürüləsi yerləri var. Futbol yaşıl meydanda, xalqın qarşısında oynanılır. Obyektlərdə gizlədə biləcəyiniz adamlarınızı futbola dürtüşdürüb xalqın pulunu talan etməklə özünüzü ifşa etməyin. Artiq ifşa etmisiz. 7-ci yeri tutub, iki ay istirahət edən komandanın rəhbərliyindən tutmuş üzü aşağı hamısı futboldan birdəfəlik istirahətə göndərilməlidi! Əl çəkin ata-babalarımızın miras qoyduğu "Neftçi"dən!”
Elnur Məmmədli (telejurnalist): “Üzvülük kartı, fanşop, Cappa-dan forma – hamısı yaxşı şeydi. Amma ilk növbədə oyun, bunun üçün isə baş məşqçi olmalıdı”.
Erkin İbrahimov (jurnalist): “VOV! “Neftçi” premyer-liqanın debütantı “Səbail”ə məğlub olub! Hələ ilk oyunda göründü ki, “Neftçi”nin məzmunlu oyunu yoxdu. İndi da belə... Bir var 90 dəqiqə hücüm edib sırf bəxtsizlik fonunda qol buraxasan, bir da var bu cür bərbad oyunla debütanta uduzasan. Müdafiədə 5 nəfərin çıxış etməsinə baxmayaraq, komandanın arxa xətti inamsız görünür. Meza-Kolli hələ hazır deyil. Yerli futbolçulardan da cinahlarda oyunu öz üzərinə götürən yoxdu, oyunçularda artım hiss olunmur. Mujek nə gündədi? Sol cinahdan Mujik getdi, Mujek gəldi. Azarkeşlərin baş məşqçidən narazı qalmağa tam haqqı çatır.
“Səbail”i isə təbrik edirəm. “Neftçi”nin bu gündə olması onların dərdi deyil. Keçən həftə “Səbail”in üstünə çox getdim. Yenə də “Neftçi”nin yerində heç olmasa, “İnter” kimi təşkilatlanmış rəqib olsaydı, mənzərə tam fərqli olardı. “Səbail” sıfırdan qurulub, oyun planında çatışmazlıqlar var, bu təbiidi. Ancaq görünən budu ki, Samir Əliyev əlinin altında olan kollektivin imkanından maksimum yararlanıb. Düzgün təhlil də öz yerində. Yeri gəlmişkən, “Səbail”in məşqçilər korpusu ötən mövsüm “Neftçi”nin əvəzedici komandasında çalışıb. Bu gün meydana çıxan Elton Yaqublu, Kamal Qurbanov və Pərviz Qaraxanov ötən mövsümə qədər “Neftçi”də çıxış edib və Elxan Abdullayevə lazım olmayaraq komandadan göndərilib”.
Kənan Hakimov (jurnalist): “İlk dəfə stadiona rəhmətlik babamla getmişəm. “Neftçi” – “Lokomotiv” (Bolqarıstan) matçına. Onda “Neftçi”yə "bizimkilər" deyirdim. Yaşar Vahabzadənin vurduğu qol və tarixi 2:1 hesablı qələbə... Biz gözümüzü aşıb "Neftçi" görmüşük. Elə şəhərlisi də, kəndlisi də... İndi isə göz görə-görə “Neftçi” əldən gedir və mən hirsimi bura status yazmaqla cıxıram. Açığı, deməyə, yazmağa söz də tapmıram. 80 yaşlı "qoca" ilə belə rəftar etmək olmaz. Səmimiyyətimə inana bilərsiz. Hər halda, mən vaxtilə "Neftçi"nin “xod gedən” zamanlarinda bu klubun "reklam" adıyla yedizdirdiyi, reklamı kəsilən kimi "Neftçi" haqda silsilə tənqid yazanlardan, dünən söydüyünü bu gün tərifləyib, yaltaqlanma ilə məşğul olanlardan fərqli, tənqid etməkdə hansısa təmanna güdmürəm. Sadəcə, belə olmaz, belə getməz. Bir o qalıb ki, “Neftçi” mövsümün yekununda sonuncu yeri tutub 1-ci diviziona düşsün. Banişevski, Əhməd Ələsgərov indi yəqin qəbirdə fırlanır. Getməyi də bacarmaq lazımdı. Vaxtında, üzüsulu elə get ki, arxanca qarğış edib söyməsinlər”.

Son xəbərlər

İsrail klubunun futbolçusu Azərbaycanda

PSJ yeni hücumçu transfer edir

"Polşaya qayıda bildiyimə görə sevindim" - Marko Veşoviç

"Yuventus" futbolçusunu satdı

Super Liqada mövsümün püşkü atıldı

Premyer-liqa klubunda yeni müqavilə

Teymur Rəcəbov son görüşdə qələbə qazandı

"Çox çətin olacaq" - Qurban Qurbanov

"Trabzonspor" premyer-liqa klubundan futbolçu transfer etdi

“Neftçi”yə qarşı oynamaq mənim üçün asan deyildi" - Rəhman Hacıyev

"Marsel"in yeni baş məşqçisi məlum oldu

"Lex" "Qarabağ" kimi komandalardan qorxmamalıdı" - Jezniçak

Dadaşov "Vulverhempton"la məşqlərə başladı

"Burada yaxşı qollar vurmuşam" - Ağabala Ramazanov

"Qəbələ"nin rəqibi "Real Sosyedad"ın futbolçusunu heyətinə qatdı

"Barselona"növbəti transferini açıqladı

Elmar Baxşıyev “Fehervar”la bağlı ətraflı bilgiyə malik deyil - MÜSAHİBƏ

Kataloniyalılar La Liqaya ...itlə gəlir

Bu məqam "Qarabağ"ın oyununa gələn azarkeşlərin sayına təsir edə bilər? - AÇIQLAMA

Elnur Allahverdiyev: "Qarabağ”ın olduğu yerdə “Neftçi”nin ikinci pillədə qərarlaşması yaxşıdı” - MÜSAHİBƏ

"İndi daha güclüyük" - "Lex"in kapitanı

"Çempionlar Liqasında zəif məşqçi yoxdu" - "Lex"in baş məşqçisi

Ten Haq Ferqyusonun yolu ilə gedir

Tofiq Bəhramovun ruhu şad oldumu? - KÖŞƏ

"Zirə"də növbəti ayrılıq

Həvəskarlar arasında turnir keçirilir

"Neftçi" daha bir israilli futbolçunu transfer edir - İDDİA

Premyer-liqa klubu qazax və avstriyalı futbolçunu baxışa dəvət edib - ÖZƏL

"Qarabağ" azarkeşlərinə müraciət etdi

"Sumqayıt" yeni transferinin müqaviləsinin detallarını açıqladı

"İdman saytları olduqca fəaldırlar" - MEDİA-nın icraçı direktoru

Emil Balayevin Qazaxıstan macərası alınmadı

Daha bir rumın mütəxəssis Azərbaycana gəldi

AFFA "Zirə"nin şikayətini təmin etmədi

Çempionlar Liqasında Azərbaycan təmsilçisi bu klubla qarşılaşmayacaq

"Neftçi" gürcüstanlı müdafiəçinin müqaviləsinin detallarını açıqladı

Bu futbolçu "Sumqayıt"ın tarixinə düşdü

"Feyenoord"un sabiq üzvü Azərbaycan klubunun hədəfində

Millimiz Belarusda hazırlıq keçəcək

Azərbaycan klubu məşqə çıxan futbolçular üçün qurban kəsdi - VİDEO

"Qarabağ"ın oyununda anşlaq olacaq

"Kəpəz" Bakıda məsələlərə başladı

Gürcüstan millisinin üzvü rəsmən "Neftçi"də

Yığmalarımızın rəqibləri bilindi

Ceyhun Haşımov: “10 il əvvəl gənc hakimlərlə dil tapmaq daha asan idi” - LAYİHƏ

Bütün xəbərlər