Sizin reklam burada

“Şüvəlan” MOİK-i darmadağın etdi

Baxış Sayı:760

“Şüvəlan” MOİK-i darmadağın etdi
Birinci divizion klubları yeni mövsümə hazırlığı davam etdirir. Çempionluq uğrunda mübarizə aparacağını açıqlayan MOİK daha bir yoxlama oyununda qüvvəsini sınayıb. “Hərbçilər” aşağı dəstədə mübarizə aparacaq “Şüvəlan”la üz-üzə gəlib. “AZAL Arena”da baş tutan oyun MOİK-in böyükhesablı məğlubiyyəti ilə bitib - 1:4. "Şüvəlan"ın heyətində qollara Şahin Belejani, Şahin Əliyev, Elvin Həsənəliyev və Hüseyn Axundov imza atıb.
Xatırladaq ki, MOİK əvvəlki yoxlama oyununda “Qaradağ Lökbatan”la heç-heçə etmişdi - 2:2.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR