Sizin reklam burada

Yığma “cırtdan”la “Bakcell Arena”da qarşılaşacaq

Baxış Sayı:970

Yığma “cırtdan”la “Bakcell Arena”da qarşılaşacaq
Yığmanın San Marino ilə oyununun stadionu dəyişdirilib. DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sentyabrın 4-nə nəzərdə tutulan oyun “Bakcell Arena”da keçiriləcək. Xatırladaq ki, oyunun əvvəlcə Olimpiya stadionunda keçirilməsi nəzərdə tutulmuşdu. AFFA isə məkanın dəyişdirilməsi ilə bağlı UEFA-ya müraciət edib. Assosiasiyanın saytında yer alan xəbərdə səbəb belə izah edilir ki, “Bakcell Arena”da Avroliqanın qrup mərhələsinin oyunlarının keçirilməyəcəyini, İslam Həmrəyliyi Oyunlarından sonra Olimpiya stadionunda millinin oyunu üçün hazırlıq prosesinin tam yekunlaşmadığını nəzərə alaraq AFFA qitə futbol qurumuna müraciət edib. UEFA isə bu istəyi müsbət cavablayıb. Həmin matç üçün Olimpiya stadionuna bilet alanlar “28 Mall” alış-veriş mərkəzindəki satış məntəqəsində biletlərini dəyişə bilərlər.
Dəfələrlə vurğulamışdıq ki, San Marino ilə oyunun Olimpiya stadionunda keçirlməsi olduqca mənasız qərardı. Əvvəla, rəqib “cırtdan”dı və azarkeşlərin bu komanda ilə oyuna böyük maraq göstərəcəyi inandırıcı dyeil. Bundan başqa, Şimali İrlandiyaya məğlubiyyətdən sonra DÇ-nin final mərhələsi ilə bağlı xəyallar suya düşdü. Odu ki, yığmanın oyununda anşlaq gözləmək absurd idi. Bəlkə də AFFA indi bunu dərk edərək, dəyişikliyə ehtiyac duyub. Göstərilən səbəblər isə olduqca gülməlidi. Olimpiya stadionun 3 aydan artıq bir vaxtda hazır vəziyyətə gətirilməməsi gülməlidi. Eləcə də “Bakcell Arena”da Avroliqa matçının keçirillməməsinin qərara təsir etməsi söhbəti ondan geri qalmır. Hər halda, məsələyə yenidən qayıdacağıq...
FARİZ

Oxşar xəbərlər
SON XƏBƏRLƏR