Sizin reklam burada

Almaniyaya səfər ərəfəsində görüş

Baxış Sayı:644

Almaniyaya səfər ərəfəsində görüş
Azərbaycan Boks Federasiyasının (ABF) vitse-prezidentləri Süleyman Mikayılov və Rövşən Hüseynov dünya çempionatına yollanacaq milli üzvləriylə görüşüb. Yığıncaqda boksçularla yanaşı, ABF-in baş katibi Nağı Səfərov, yığmanın rəisi Anar Məmmədov və məşqçilər korpusu iştirak edib. Komandanın durumu ilə maraqlanan Mikayılov Almaniyanın Hamburq şəhərində keçiriləcək mundialda bütün boksçularımızdan uğurlu çıxış gözlədiyini bildirib. O, əvvəlki dünya çempionatında olduğu kimi, bu dəfə də yığmamızın azarkeşləri sevindirəcəyinə ümid etdiyini deyib. Millinin baş məşqçisi Leonid Loivski təlim-məşq toplanışlarının planauyğun getdiyini və dəri əlcək ustalarının yarışa tam hazır olduğunu vurğulayıb. Bildirib ki, dünya çempionatına lisenziya qazanan hər boksçu mundialda medal qazanmaq gücündədi. DÇ-də rinqə çıxacaq Lorenso Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq), Kamran Şahsuvarlı (75 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) Hamburqda fəxri kürsüyə yüksəlməyə çalışacaqlarını söyləyiblər. Ardınca gənclərdən ibarət yığmanın baş məşqçisi Vaqif Şirinov komandası haqda məlumat verib. O bildirib ki, Avropa birinciliyinə hazırlaşan heyətdə güclü boksçular cəmləşib və onlar parlaq gələcək vəd edirlər.
Bu arada dünya çempionatına lisenziya qazanan Əbdülqədir Abdullayevin (91 kq) Almaniyaya yollanmayacağı dəqiqləşib. Həkimlər təlim-məşq toplanışı zamanı zədələnən dağıstanlı legionerin rinqə çıxmasına icazə verməyib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR