Sizin reklam burada

Bu dəfə Sloveniyaya uduzdular

Baxış Sayı:449

Bu dəfə Sloveniyaya uduzdular
Sloveniyada təlim-məşq toplanışını davam etdirən qadınlardan ibarət voleybol yığmamıza növbəti yoxlama oyununu keçirib. Sentyabrın 22-dən oktyabrın 1-dək ölkəmizin Gürcüstanla şərikli keçirəcəyi Avropa çempionatına hazırlaşan Faiq Qareyevin yetirmələri yenə Sloveniya ilə qarşılaşıb. İlk iki görüşdə bir dəfə qalib gəlib (3:1), digərində heç-heçə edən (2:2) millimiz bu dəfə ev sahiblərinə müqavimət göstərə bilməyib – 0:3 (21:25, 21:25, 15:25).
Xatırladaq ki, yığmamız Mariborda bu qarşılaşmalardan başqa, Belçika ilə də qüvvəsini sınayıb və 1:3 hesabıyla uduzub.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR