
İdman
890
20.08.2017, 13:58
Ruslan bir pillə irəlilədi
Beynəlxalq İdman Atıcılıq Federasiyası (İSSF) yeni reytinq cədvəlini açıqlayıb. Ötən ayla müqayisədə mövqeyini yaxşılaşdıran Ruslan Lunyov həm 10, həm də 25 metr məsafəyə atəşaçmada bir pillə irəliləyib. O, müvafiq olaraq, 28-ci və 10-cu pillələrə yüksəlib. Nigar Nəsirova isə mövqeyini qoruyub. Xanım idmançımız 10 metr məsafəyə atəşaçmada yenə də 58-ci yerdədi.