Sizin reklam burada

Yığma üzvü zədələnib

Baxış Sayı:516

Yığma üzvü zədələnib
Türkiyə çempionatının ilk turunda səfərdə “İstanbul BŞ”yə minimal fərqlə uduzan “Bursaspor” 2-ci turda evdə “Alanyaspor”la qarşılaşacaq. Sabah keçiriləcək oyun ərəfəsində “timsahlar”ın baş məşqçisi Pol Le Quen komandanın durumundan danışıb. Fransalı mütəxəssis yığmamızın hücumçusu Dəniz Yılmazın bu qarşılaşmada oynamayacağını deyib: “Dəniz zədəsi üzündən “18-lik”də yer almayacaq. Məncə, bu bizim üçün böyük itkidi. Yılmaz çox yaxşı formaya düşmək üzrə idi. “İstanbul BŞ”yə qarşı çox yaxşı oynadı. Məşqlərdə də ondan razı qalıram. Ritmi tutmuşdu. Zədələnməsi işimizi çətinə salacaq”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR