AFFA-nın gözü yol çəkir, Prosineçki vətənindən əl çəkmir
AFFA, eləcə də futbol ictimaiyyəti hələ də Robert Prosineçkinin yolunu gözləyir. Əslində yığmanın baş məşqçisi hələ avqustun 15-də gəlməliydi. Hər halda, assosiasiyadan belə bir informasiya verilmişdi. Ancaq xorvat çalışdırıcı hər kəsi intizarda qoymaqda davam edir. Odu ki, dünən Prosineçkinin nə zaman vətənə dönəcəyini bir daha AFFA-dan soruşmaq qərarına gəldik. Qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin aparıcı mütəxəssisi Firuz Abdulladan aldığımız bilgiyə görə, millin baş məşqçisi avqustun 20-də Bakıda olacaq. Lakin nə bilmək olar, bəlkə xorvat çalışdırıcı yenə də gəlişini ertələdi...
Təbii, Prosineçkinin də dincəlmək haqqı var. AFFA-dan əldə etdiyimiz bilgiyə görə, o il ərzində 3 ay məzuniyyət götürə bilər. Qurumla çalışdırıcı arasında imzalanan müqavilədə belə nəzərdə tutulub. Ancaq maraqlı bir mənzərə var. Xorvat iyunun 10-dan – Şimali İrlandiya ilə seçmə mərhələ görüşündən (0:1) sonra ölkəmizi tərk edib. Avqustun 20-də gəlsə belə, artıq 70 gün məzuniyyətdə olmuş sayılır. Deməli, 20 günlük haqqı qalır. Məgər, Prosineçki yanvarda – klublarımız təlim-məşq toplanışında olanda ölkəmizdə idi? Yaxud da Şimali İrlandiya ilə oyuna qədər 20 gündən artıq Bakıdan ayrı qalmayıb? Heç inandırıcı deyil. Hələ qarşıda daha 3 ay var və mütəxəssisin bu müddətdə vətəninə baş çəkəcəyi istisna deyil. Böyük ehtimalla, Prosineçki nəzərdə tutulan 3 aylıq məzuniyyət haqqını çoxdan “xərcləyib”. Sadəcə, onun AFFA-nın gözünü yolda qoyması da maraqlı mənzərədi. Olmaya, onu “Bursaspor”a buraxmayan qurumdan inciyib? Bəlkə bu yolla əvəz çıxır? Yoxsa ölkəmizdəki missiyasını bitmiş sayır? Hər şey ola bilər. Ancaq unutmayaq ki, sentyabrın əvvəlində yığmanı DÇ-nin seçmə mərhələsi çərçivəsində iki oyun gözləyir. Avrokubok matçlarında, premyer-liqanın ilk turlarında stadionda olmayan Prosineçkinin necə seçim edəcəyi ciddi sual doğurur.
FARİZ

Son xəbərlər

Yunan-Roma güləşində yeni rekord

"Barselona"nın futbolçusu "Mançester Yunayted"də

"Qarabağ"ın səhmləri satışa çıxarıldı

Millimiz Andorraya uduzdu

"Qarabağ" ikinci yoldaşlıq oyununda da bərabərə qaldı - YENİLƏNİB

Güləşçilərimiz Avropa çempionatında daha 2 medal qazandı

Paralimpiyaçılarımızdan daha 4 medal

Güləşçimiz Avropa çempionatının finalında

"Çelsi" Rafinyanı transfer edir

Gənclər və İdman Nazirliyində kollegiya iclası keçirilib

"İstədiyimiz oyunçuların komandaya qoşulacağına inanıram" - Elmar Baxşıyev

"Qalatasaray" məşhur hücumçunu transfer edir

"Barselona" Levandovski üçün israrlıdı - Məbləği artırdı

"Qarabağ"ın oyunundan fotolar

"Zirə" məğlub oldu - YENİLƏNDİ

Lanqle İngiltərəyə gedə bilər

Region Kubokunun qalibi bəlli oldu - YENİLƏNDİ

"Qəbələ"nin sabiq üzvünün yeni klubu bəlli oldu

“Turan Tovuz” üçün şad xəbər: 1-i gəldi, 3-ü yoldadı

"Sumqayıt"da "yarpaq tökümü" davam edir: bu dəfə idman direktoru getdi

"Neftçi" ilə 2 illik müqaviləyə imza atan Regekampf indi də ...

"Cavab matçını evdə keçirməyimiz yaxşıdı" - Veşoviç

"Qarabağ" Almaniya klubu ilə bacarmadı - YENİLƏNİR

"Lex" heyətini gücləndirdi

"Turan Tovuz" "Neftçi"dən bu futbolçunu icarəyə götürdü

Portuqaliya Azərbaycana rəqib oldu

Baş məşqçi israr edir, Türkiyə klubu Ovusudan əl çəkmir

Transfer dosyesi - YENİLƏNİR

"Sabah"ın daha bir üzvü "Turan Tovuz"da

"Tam hazır olmasaq belə, döyüşəcəyik" - "Aris"in baş məşqçisi

Polad Həşimovun xatirəsinə həsr olunan ölkə birinciliyi başa çatıb

"Qarabağ"ın rəqibində gərginlik: baş məşqçi narazıdı

Kişilərdən ibarət milli komanda təlim-məşqlərə start verdi

"Neftçi" Türkiyədə 3 yoxlama oyunu keçirəcək

"Sabah"ın üzvü "Turan Tovuz"da - RƏSMİ

“Qəbələ”nin rəqibi təcrübəli hücumçusunu itirdi

"Sabah" qapıçı problemini necə həll edəcək? - AÇIQLAMA

"Bu hazırlığın faydasını gələcək oyunlarda görəcəyik" - Millinin baş məşqçisi

Krivotsyuk "Visla"ya lazım olmadı

Mahir Emreli oyunundan narazıdı

"Qarabağ"ın rəqibinin ilk qələbəsi

Azərbaycan Maltaya uduzdu

Mahir Emreli fərqləndi, "Dinamo" darmadağına sevindi - VİDEO

''Yuventus'' Türkiyə yığmasının forvardı ilə maraqlanır

Favr “Nitsa”ya qayıtdı, Qaltye isə Parisə yollanır

Bütün xəbərlər