Şehiç yığmaya dəvət aldı
“Burda hamı məndən yazır”
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində avqustun 31-də səfərdə Cənubi Kipr, sentyabrın 3-də isə Cəbəllütariq ilə qarşılaşacaq Bosniya və Hersoqovina millisinin heyəti açıqlanıb. Baş məşqçi Mehmet Bajdareviç növbəti oyunlara 30 futbolçu çağırıb ki, siyahıda “Qarabağ”ın qapıçısı İbrahim Şehiç də yer alıb. O, milliyə dəvət alan 5 qolkiperdən biridi.
Bu arada Şehiç ölkəsinin mətbuatına, konkret “Klix” nəşrinə müsahibə verib və “Qarabağ”ın “Kopenhagen” üzərində qələbəsindən danışıb: “Çox yaxşı oyun keçirdik. İnanırdıq ki, qələbə qazana bilərik. Rəqibə təzyiq etməklə qələbə qazanacağımızı bilirdik. Düzgün oynadıq. Mərhələni keçmək üçün yaxşı şansımız var. Cavab görüşü bizim üçün daha ağır olacaq. “Kopenhagen” öz meydanında əla oynayır. Bu mənada, səfərdəki görüşü də yaxşı keçirməliyik. Bilirik ki, danimarkalı azarkeşlər stadionu dolduracaqlar. Sözsüz, bu, “Kopenhagen”i daha da ruhlandıracaq”.
Şehiç qeyd edib ki, “Qarabağ”ın qələbəsi Azərbaycan xalqını sevindirib: “Hazırda Azərbaycan klublarından avrokubokda yalnız “Qarabağ” mübarizə aparır. Burda hamı bizdən, o cümlədən məndən yazır. Mən isə gələcəyə inamla baxıram. Komandamızın uğur qazanacağına inanıram. Əsas odu ki, səhv etməyək. Buna haqqımız yoxdu. Yalnız bu halda Çempionlar Liqasında yolumuza davam edə bilərik. Qrupa düşmək üçün daha bir vacib oyundan yaxşı nəticə ilə ayrılmalıyıq. Əsas odu ki, hər bir futbolçu hazır olsun və matça köklənsin. Onda nəticə qazanmaq mümkün olur”.
Təcrübəli qolkiper bildirib ki, komanda həm daxili çempionatda, həm də avrokubokda mübarizə apardığından bəzən heyət dəyişir: “Avrokubokla yanaşı, çempionatda da mübarizə apardığımızdan, tez-tez fərqli heyətlə oynayırıq. Növbəti çempionat görüşündə də belə olacaq. Nəticədə futbolçular gümrah qalacaqlar. “İnter”lə matçda da qələbəyə ümid edirik”.

Son xəbərlər

Eşli Yanq komandada qaldı

"Mançester Yunayted" Ronaldonu satmaq üçün bu şərti qoydu

İsrail klubunun futbolçusu Azərbaycanda

PSJ yeni hücumçu transfer edir

"Polşaya qayıda bildiyimə görə sevindim" - Marko Veşoviç

"Yuventus" futbolçusunu satdı

Super Liqada mövsümün püşkü atıldı

Premyer-liqa klubunda yeni müqavilə

Teymur Rəcəbov son görüşdə qələbə qazandı

"Çox çətin olacaq" - Qurban Qurbanov

"Trabzonspor" premyer-liqa klubundan futbolçu transfer etdi

“Neftçi”yə qarşı oynamaq mənim üçün asan deyildi" - Rəhman Hacıyev

"Marsel"in yeni baş məşqçisi məlum oldu

"Lex" "Qarabağ" kimi komandalardan qorxmamalıdı" - Jezniçak

Dadaşov "Vulverhempton"la məşqlərə başladı

"Burada yaxşı qollar vurmuşam" - Ağabala Ramazanov

"Qəbələ"nin rəqibi "Real Sosyedad"ın futbolçusunu heyətinə qatdı

"Barselona"növbəti transferini açıqladı

Elmar Baxşıyev “Fehervar”la bağlı ətraflı bilgiyə malik deyil - MÜSAHİBƏ

Kataloniyalılar La Liqaya ...itlə gəlir

Bu məqam "Qarabağ"ın oyununa gələn azarkeşlərin sayına təsir edə bilər? - AÇIQLAMA

Elnur Allahverdiyev: "Qarabağ”ın olduğu yerdə “Neftçi”nin ikinci pillədə qərarlaşması yaxşıdı” - MÜSAHİBƏ

"İndi daha güclüyük" - "Lex"in kapitanı

"Çempionlar Liqasında zəif məşqçi yoxdu" - "Lex"in baş məşqçisi

Ten Haq Ferqyusonun yolu ilə gedir

Tofiq Bəhramovun ruhu şad oldumu? - KÖŞƏ

"Zirə"də növbəti ayrılıq

Həvəskarlar arasında turnir keçirilir

"Neftçi" daha bir israilli futbolçunu transfer edir - İDDİA

Premyer-liqa klubu qazax və avstriyalı futbolçunu baxışa dəvət edib - ÖZƏL

"Qarabağ" azarkeşlərinə müraciət etdi

"Sumqayıt" yeni transferinin müqaviləsinin detallarını açıqladı

"İdman saytları olduqca fəaldırlar" - MEDİA-nın icraçı direktoru

Emil Balayevin Qazaxıstan macərası alınmadı

Daha bir rumın mütəxəssis Azərbaycana gəldi

AFFA "Zirə"nin şikayətini təmin etmədi

Çempionlar Liqasında Azərbaycan təmsilçisi bu klubla qarşılaşmayacaq

"Neftçi" gürcüstanlı müdafiəçinin müqaviləsinin detallarını açıqladı

Bu futbolçu "Sumqayıt"ın tarixinə düşdü

"Feyenoord"un sabiq üzvü Azərbaycan klubunun hədəfində

Millimiz Belarusda hazırlıq keçəcək

Azərbaycan klubu məşqə çıxan futbolçular üçün qurban kəsdi - VİDEO

"Qarabağ"ın oyununda anşlaq olacaq

"Kəpəz" Bakıda məsələlərə başladı

Gürcüstan millisinin üzvü rəsmən "Neftçi"də

Bütün xəbərlər