• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Azərbaycanlı futbolçulara güvənmək, onlara şans vermək lazımdı” - LAYİHƏ

Layihə / Manşet

24-07-2022, 22:0

“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə çərçivəsində yazılarımız davam edir.

İyunun ortalarında azərbaycanlı futbol azarkeşləri dünyanın xoşbəxtinə çevrilmişdilər. Onların bu sevincinin səbəbi isə mini futbol üzrə Azərbaycan millisinin Avropa çempionu olması idi. Qısa müddətdə formalaşan komandamız Slovakiyanın Koşitse şəhərində keçirilən qitə çempionatında bütün rəqiblərindən güclü oldu və yarışın ali mükafatı Bakıya gətirildi. Bu günkü müsahibimiz həmin Avropa çempionatının qəhrəmanlarından biri, millimizin qapıçısı Davud Kərimidi.

- Davud bəy, sizinlə söhbətləşməyə başlayarkən bu yaxınlarda yekunlaşan və xalqımıza böyük sevinc bəxş edən Avropa çempionata toxunmasaq olmaz. İndi o çempionatı hansı hisslərlə xatırlayırsız? Azərbaycan millisi çempionluq kubokunu nəyin sayəsində qazandı?
- Diqqətinizə görə təşəkkür edirəm. İndi də həmin gözəl hissləri keçirirəm, bu hissləri izah etmək çox çətindi. Sevinirəm ki, mən bu hissləri yaşamışam. Bu uğurda azarkeşlərimizin, bizim üçün dualar edən xalqımızın da rolu böyükdü. Sizin sayənizdə biz Avropa çempionu olduq. İyulun 11-də bu uğuru qazanmağımızın bir ayı tamam oldu. Amma hələ də o təəssüratlardan çıxmamışıq. Bizim komandamız vahid yumruq kimi birləşmişdi. Çempion olmağımızda da məhz bu amilin rolu oldu. Komandada yüksək ruh vardı, hamı qələbə üçün çalışırdı. Sanki bir ailə idik. Qarşımıza bir məqsəd qoymuşduq ki, nəticə qazanaq və xalqımızı sevindirək. Hiss edirdik ki, milyonlarla azərbaycanlının duaları bizimlədi. O dualar, xalqımızın dəstəyi bizə güc verdi və sonda Avropa çempionu adını qazandıq.

- Sizcə, bu qələbə Azərbaycanda mini futbolun və ümumilikdə futbolun inkişafına necə təsir göstərəcək?
- Əminəm ki, bu qələbə Azərbaycanda futbolun inkişafına böyük təsir göstərəcək. Yeni bir təkanla futbolumuz sürətlə inkişaf edəcək. Qələbə həmişə ruh yüksəkliyinə, insanların futbola marağına səbəb olur. Bəziləri deyirdi ki, Azərbaycanda futbol yoxdu, azərbaycanlılar futbol oynamağı bacarmırlar. Allaha şükür ki, biz sübut etməyi bacardıq. Hamı gördü ki, bizdə futbol da var, futbolçu da. Sadəcə, azərbaycanlı balalarına güvənmək, onlara dəstək olmaq, yol açmaq lazımdı. İstedadlı uşaqlara şans verilsə, bunun da nəticəsi olacaq. Əsas o şansı verməkdi.

- Çempion Davud Kərimi hazırda nə işlə məşğuldu? Gələcək planlarda nələr var?
- Avropa çempionatından sonra bir qədər istirahətə çəkildik. İyulun 15-dən məşqlərə başlamışıq. Hazırda mini futbol üzrə Azərbaycan millisi dünya çempionatına hazırlaşır, mən də komandayla birlikdə məşq edirəm. Məqsədimiz uğurun davamını gətirmək, Azərbaycanı dünya çempionatında layiqincə təmsil etməkdi. Hazırlıq çərçivəsində iki, ya da üç beynəlxalq turnirə qatılacağıq. Orda səviyyəli rəqiblərlə gücümüzü sınamaq istəyirik. Bu turnirlər çərçivəsində Çernoqoriyaya və Qazaxıstana səfərimiz nəzərdə tutulub.

- Siz öz bilik-təcrübənizi gənclərlə necə bölüşürsüz? Gələcəkdə yaxşı qapıçı olmaq istəyənlərə hansı məsləhətləri verərdiz?
- Məndən məsləhət istəyənlərdən heç vaxt bunu əsirgəməmişəm. İndiyə qədər də tələbələrim olub, onları hazırlamışam, birlikdə məşq keçmişik. Biliyimi və təcrübəmi bizim gənclərlə həmişə böyük həvəslə paylaşıram, onlara nəsə öyrətməyə çalışıram. Mənimlə tələbələrim böyük həvəslə məşq edirlər, onların xırda səhvlərini deyirəm. Oyunlar zamanı da gənc qapıçıların çıxışını analiz edirik, nöqsanları birlikdə müzakirəyə çıxarırıq. Əminəm ki, gələcəkdə də azərbaycanlı qapıçılar öz sözlərini deyəcəklər. İndiki gənclərin arasında yetərincə istedadı olan var, onların gələcəyinə ümidlə baxıram. Məsləhətim də odu ki, məşqlərdə səylə çalışsınlar, özlərinə inansınlar.

- Futbolumuzla və onun problemləri ilə yaxşı tanışsız. Bu haqda nə deyərdiz? Həmin problemləri necə həll etməliyik?
- Əsas problemlərdən biri premyer-liqa iştirakçılarının sayının az olması idi. Şükürlər olsun ki, bu məsələ həllini tapdı, çempionatın iştirakçılarının sayı artırıldı. Ümid edirəm ki, növbəti mövsüm bu say daha da artacaq. Dövlətin dəstəyinin artması vacibdi, bu dəstək sayəsində komandaların sayını daha da artırmaq olar. Uşaq futbolunda da dəyişiklik olmalıdı. Məşqçilər uşaq futboluna ikinci iş yeri kimi baxmamalıdılar. Məşqçilərin maddi durumu yaxşılaşsa, onlar da bütün fikirlərini öz işlərinə yönəldərlər. Yaxşı potensiallı uşaqlar olur ki, 17-18 yaşa qədər gəlirlər, sonra komanda tapmırlar, futboldan uzaqlaşırlar. Mütəxəssislər yerli uşaqlara güvənməlidilər. Uşaq hiss etməlidi ki, ona inanırlar. “Qəbələ” klubu ötən mövsüm bu nümunəni göstərdi. Onları alqışlayıram. “Qəbələ” akademiyasının yetirmələrinə şans verir, Elmar Baxşıyevə təşəkkür düşür. Limitin tələblərindən əlavə də öz akademiyalarının gənc yetirmələrinə şans verirlər. 2001-2002-ci il təvəllüdlü futbolçular əsas komandanın heyətində meydana çıxırdılar. Bu şansı digər komandalar da yetirmələrinə versələr, çox yaxşı olar.

İLKİN SULTANLI

“Azərbaycanlı futbolçulara güvənmək, onlara şans vermək lazımdı”


Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.

Paylaş:
Digər xəbərlər

Maraqlı

13-06-2022, 10:0

Avropa çempionları vətənə döndü

Maraqlı / Manşet

11-06-2022, 23:0

Millimiz Avropa çempionatının qalibi oldu - YENİLƏNDİ

Video

8-06-2022, 14:0

Azərbaycanlı qolkiper Avropa çempionatında elə qol vurdu ki... - VİDEO

Ölkə futbolu

14-06-2022, 15:0

İlham Əliyev mini-futbol üzrə milli üzvlərini qəbul etdi

Ölkə futbolu

15-06-2022, 10:0

“44 yaşında Avropa çempionu olmaq fərqli hissdi”

Yığma

14-06-2022, 12:0

Çempionluq münasibətilə konsert proqramı

Aktual
Mezzotero əsas yığmada? – Rəşad Eyyubovdan açıqlama
“Sabah” Eyden üçün çox pul ödəyib – “Kayzer Çifs”in idman direktoru keçidi şərh etdi
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Aslan Kərimov: “Zirə” indiki heyətlə Konfrans Liqasında 1-2 mərhələ adlaya bilər” - bəs, niyə başlamır?
Millidə həyəcan təbili... – narahatıq, Ayxan bəy!
Son xəbərlər
  • Bu gün, 15:25
    Premyer-liqa klublarının 2025/26 macərası nə ilə yadda qaldı?
  • Bu gün, 15:11
    Mirra Andreyeva və Aleksandr Zverev!
  • Bu gün, 14:45
    Mezzotero əsas yığmada? – Rəşad Eyyubovdan açıqlama
  • Bu gün, 14:20
    DÇ matçının hakimi dəyişdi!
  • Bu gün, 13:49
    "Şəfa" kapitanla yeni müqavilə imzaladı
  • Bu gün, 13:19
    “Sabah” Eyden üçün çox pul ödəyib – “Kayzer Çifs”in idman direktoru keçidi şərh etdi
  • Bu gün, 12:55
    Okan Burukdan transfer və Osimhen açıqlaması
  • Bu gün, 12:40
    Antonelli ardıcıl 5-ci mərhələni qazandı!
  • Bu gün, 12:19
    İnfantino İtaliya ilə məzələndi
  • Bu gün, 11:50
    Dünya çempionatında iştirak etməyəcək
  • Bu gün, 11:33
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 11:12
    Yeni mövsümə çempionşipdə başlayacaq
  • Bu gün, 10:40
    "Sabah" Portuqaliya klubundan müdafiəçi aldı
  • Bu gün, 10:27
    “...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
  • Bu gün, 10:00
    Klubunda hamını arxada qoydu
  • Bu gün, 09:41
    Amerika bizi qorxutdu – 4:1 nə idi... - DÇ səhəri
  • Bu gün, 01:06
    Kanada ilə Bosniya və Hersoqovina “sülh”ə razılaşdı - DÇ gecəsi
  • Dünən, 23:59
    Yenə B seriyasında işləyəcək
  • Dünən, 23:30
    Berqamonu tərk etdi
  • Dünən, 23:09
    “Kayzerslautern”də qalır, ya gedir? - Mahirin anasından açıqlama
  • Dünən, 22:53
    Reşfordun yolu haradı?
  • Dünən, 22:20
    Mourinyonun təyinatı rəsmiləşdi
  • Dünən, 22:05
    “Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
  • Dünən, 21:23
    Argentina yığmasında zəruri dəyişiklik
  • Dünən, 20:44
    Açılış günü həyatını itirdi...
  • Dünən, 20:21
    Konqolular üzərindən qadağa götürüldü
  • Dünən, 19:43
    Bu gün meydana çıxa bilməyəcək
  • Dünən, 19:23
    Çempion oldu, müqaviləsi yeniləndi
  • Dünən, 19:05
    AFFA-da klub nümayəndələri ilə görüş keçirildi
  • Dünən, 18:40
    Boksçularımız Dünya kubokunda mübarizə aparacaq
  • Dünən, 18:03
    Əziz Yıldırımın Kocamanla bağlı şübhələri var...
  • Dünən, 17:56
    Aslan Kərimov: “Zirə” indiki heyətlə Konfrans Liqasında 1-2 mərhələ adlaya bilər” - bəs, niyə başlamır?
  • Dünən, 17:30
    Marner: 6 dəqiqə 10 saniyəyə het-trik!
  • Dünən, 17:19
    Ən ucuz biletin qiyməti 9 min dollardı!
  • Dünən, 16:15
    Millidə həyəcan təbili... – narahatıq, Ayxan bəy!
Daha çox
Oxunub: 499
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 217
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 208
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 201
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Oxunub: 196
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Oxunub: 176
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə