Sizin reklam burada

Rüstəm Orucov mövqeyini qorudu

Baxış Sayı:617

Rüstəm Orucov mövqeyini qorudu
Beynəlxalq Cüdo Federasiyası (İJF) yeni reytinq cədvəlini açıqlayıb. Rüfət İsmayılovla (81 kq) Tural Səfquliyev (90 kq) 3, Nəzakət Əzizova (52 kq) 2, Nicat Şıxəlizadə (66 kq), Hidayət Heydərov (73 kq) və Aişə Qurbanlı (48 kq) 1 pillə irəliləyib. Onlar yeni cədvəldə uyğun olaraq, 17-ci, 13-cü, 56-cı, 7-ci, 5-ci və 35-ci yerdədi. Orxan Səfərov, İlqar Müşkiyev (hər ikisi 60 kq), Rüstəm Orucov (73 kq), Elxan Məmmədov (100 kq) və İrina Kindzerska (+78) isə mövqelərini qoruyublar. Bu cüdoçular müvafiq olaraq, yenə 6-cı, 42-ci, 2-ci, 3-cü və 18-ci yerdədi.
Onlardan fərqli, Elmar Qasımovla (100 kq) Uşanqi Kokauri (+100 kq) bir, Məmmədəli Mehdiyev (90 kq) iki rəqibini özündən irəli buraxıb. Qasımov 5-ci, Kokauri 21-ci və Mehdiyev 16-cı yerə enib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR