Sizin reklam burada

Qriqorçuk yetirmələrindən narazı qaldı

Baxış Sayı:428

Qriqorçuk yetirmələrindən narazı qaldı
Svanadze: “İnanıram ki, yenidən yığmaya yolu açılar”
Oyundan sonra keçirilən mətbuat kofransına ilk gələn Roman Qriqorçuk oldu. Ukraynalı mütəxəssis birbaşa suallara keçilməsini istədi.
- İlk hissənin sonlarında Monroz fitdən sonra topa zərbə endirdiyindən onu Kone ilə əvəzləmək istəsəz də, sonra fikrinizdən daşındız…
- Siz hardan bilirsiz ki, mən onu əvəzləmək istəyirdim? Koneni ona görə çağırdım ki, gəlib yanımda otursun.
- Həmin an nə baş verdi?
- Heç bir şey. Orda hansısa qərar da qəbul etmədim. Monroz meydanda qaldı. Ancaq onun əsəbləşməsi mənfi haldı. Sarı vərəqə isə cərimə deməkdi.
- Bəs fasilədə ona nə dediz?
- Fasilədə bütün futbolçulara çatışmayan tərəfləri və ikinci hissədə nə etməli olduqlarını söylədim.
- Oyun və nəticə gözlədiyiniz kimi oldu?
- Komandamız yenidi. Ona görə təsəvvür etmək çətindi.
- Komandanın hazırkı vəziyyəti haqda nə deyə bilərsiz?
- İşləməli olduğumuz çox şey var. Oyunçuların fərdi çıxışı o qədər də xoşuma gəlmədi. Bunun üzərində işləyəcəyik.
- Sizcə, komanda tam komplektləşib?
- Əlbəttə. Bundan sonra transfer etməyi düşünmürük. Düzdü, biz daha artığını etmək istəyirdik. Ancaq ideal heç nə yoxdu.
- Son 10 dəqiqədə komanda özünə bənzəmədi. Bunun səbəbi nə idi?
- 2:0 öndə olanda təzyiqi daha da artırmalıydıq. Ancaq qol rəqibdən gəldi. Adətən, qol buraxanda psixoloji təzyiq olur. Qələbə istəyən komanda oyunu yönləndirməlidi. Futbolçularım bunu öyrənməlidi.
- Bu gün legioner limitinə görə 4 yeni transferiniz kənarda qaldı. Bütün heyəti tonusda saxlamaq üçün növbəti turlarda rotasiyalar edəcəksiz?
- Əlbəttə, istəyirik ki, bütün oyunçularımız şans qazansın. Əsas odu ki, hamısı sağlamdı. Gələcəkdə bütün futbolçulara şans verməyə çalışacam.
Daha sonra Zaur Svanadze jurnalistlər qarşısına çıxdı. Gürcü çalışdırıcı həmkarından fərqli, əvvəlcə oyun haqda fikirlərini çatdırdı:
- Uşaqlar mübarizə apardı. Nə bacarırdılarsa, etdilər. Heç-heçə etmək olardı. Məğlubiyyətə baxmayaraq, pis oynamadığımızı düşünürəm. Bəlkə gələn dəfə alındı. Növbəti oyunlara hazırlaşmaq lazımdı.
- Matçdan öncə hesab təxmininiz necə idi?
- Komandamın bugünkü oyunda bütün gücünü meydanda qoymasını istəyirdim ki, onu da etdilər. Sona kimi “vuruşdular”. Bir-birimizə söz vermişdik. Düzdü, bir qədər artıra da bilərdilər. Oyun heç-heçə də ola bilərdi.
- Rauf Əliyev gedərkən sizdən hallalıq aldı?
- Srağagün onunla görüşdük. Düzdü, məşqə çıxmadı. Onunla tez-tez ünsiyyət saxlayırdıq. Ancaq onun belə tez gedəcəyini gözləmirdik. Rauf bir çoxlarından fərqli, legioner həyatı yaşamağı üstün tutdu. Ona uğurlar arzulayıram. İnanıram ki, yenidən yığmaya yolu açılar. Ancaq klub rəhbərliyi deyir ki, onunla müqaviləmiz var. Rauf isə əksini iddia edir. Bu məsələni rəhbərlik həll edəcək. Əliyev komandada qalsa, buna sevinərdim.
- Onunla bağlı yaşanan problem başqa oyunçularla da təkrarlana bilər?
- Yox. Qalan futbolçuların hamısının klubla müqaviləsi var. Ancaq Raufda müqavilədə bir qədər fərqli idi. Onunla 1+1 illik şərtlə müqavilə bağlanıb.
- İndi komandada sadəcə, bir hücumçu (Pərdis Fərcad-Azad) var. O zədələnsə və ya cəzalı duruma düşsə, alternativ variantınız var?
- Allah eləməsin, belə şey olsun. O da sıradan çıxsa, komandada hücumçu kimi yalnız Mirsahib Abbasovu oynada bilərəm.
SƏRXAN

Oxşar xəbərlər
SON XƏBƏRLƏR