Yazarlar
Reportaj
KIVDF

Facebook-da biz
Məzənnə
Sorğu

Naxçıvanlı futbolsevərlər üçün şad xəbər

1-ci divizion klublarının istifadə etdikləri taktiki sxemlər

Yunis Hüseynov: "Hər oyun üçün ayrı sxem tərtib etməyi sevmirəm"

"Turan-Tovuz" akademiyasının açılışı oldu

“Barsa” "Real" üçün xüsusi hazırlaşır

Samir Abasov: "10 futbolçudan 8-i Azərbaycana gəlməkdən imtina edib"

YADA DÜŞƏR XATİRƏLƏR - CEYHUN ƏLİYEV

Güney Azərbaycanın pisi olan Peyman Babayi

Avropanın ən dəyərli futbolçularının adları bəlli oldu

Ayxan Abbasov rəqabət yaratmağa çalışır

“Alesionun yoxluğu hiss olunmur”

“Bəhramov”un dəyişən rəngi: usta səhvi, yoxsa macərabazlıq?

"Yeni hücumameyilli yarımmüdafiəçinin gəlməsini istəyirəm"

"Ötən ilin martından zallara həsrət qalmışıq"
Həkim, dizayner, energetik, rəssam...

Futbol ictimaiyyətinin övladları arasında tələbə adını qazananlar var
Ali təhsil müəssisələrinin müsabiqəsində iştirak hüququ olan abituriyentlərin ixtisas seçimi ötən həftənin cümə günü başa çatıb. Minlərlə abituriyent tələbə adı qazanmaqla həm valideynlərini, həm də əzizlərini sevindirib. Onlar arasında futbol ictimaiyyətinin də nümayəndələri var.
Futbol oynadığı dönəmdə “professor” ləqəbi ilə tanınan Mahmud Qurbanovun qızı atasının üzünü güldürüb. Belə ki, o 530 balla Tibb Universitetinin müalicə işi fakültəsinin tələbəsi adını qazanıb. Qurbanov övladına görə sevindiyini gizlətmədi: “İki il idi gecə-gündüz çalışırdı. Nəhayət, zəhmətinin bəhrəsini gördü. Uşaqlıqdan həkim olmağı arzulayırdı. Allaha çox şükür ki, istəyinə çatdı. İstər futbol olsun, istər başqa sahə - əziyyətsiz, zəhmətsiz heç nə əldə etmək olmur. Tələbə adı qazanan bütün gəncləri, onların yaxınlarını səmimi qəlbdən təbrik edirəm, gələcəkdə daha böyük uğurlar arzulayıram. Heç şübhəsiz, qızımın Tibb Universitetinə qəbul olunmasına çox sevinirəm. Ümid edirəm ki, gələcəkdə savadlı kadr kimi millətimizə, dövlətimizə fayda verəcək”.
Çimərlik futbolu üzrə FİFA hakimi Əfqan Həmzəyev də ötən həftə oğlunun uğuruna sevinənlərdən biri olub. Hazırda Azərbaycan Futnet Assosiasiyasının baş katibi vəzifəsini icra edən Həmzəyevin övladı Mətin də bu yay tələbə adı qazananlardan biridi. Onu da xatırladaq ki, Mətin uşaq yaşlarından futbol oynamağa başlayıb və “Bakı”nın yetirməsidi. Ancaq kiçik Həmzəyev futbolun sirlərini öyrənməsinə və atasının bu sahədə çalışmasına baxmayaraq, başqa ixtisas üzrə ali təhsil almağa üstünlük verib. O İqtisad Universitetinə qəbul olunub. Əfqan bəy oğlunun ixtisas seçimi ilə bağlı bunları dedi: “Mətin uşaqlıqdan futbol oynasa da, tam fərqli sahəyə üz tutdu. O İqtisad Universitetinin dizayn fakultəsinə qəbul olunub. Bəlkə də seçim zamanı ona ailə genləri də təsir göstərdi. Əmim Azərbaycanın tanınmış rəssamlarından biridi və bu gün reklam sahəsində ölkənin ən güclü mütəxəssislərdən sayılır. Memarlar İttifaqının üzvü olan bibim oğlu görkəmli memarlarındandı. Həyat yoldaşım isə aktrisadı. Görünür, bütün bunlar Mətinə də təsir göstərib. Oğlum da yaradıcılıq tələb edən ixtisası seçdi. Hər dəfə onunla bu haqda söhbət edəndə seçdiyi ixtisasın üstünlüklərindən danışır, gələcəkdə bu sahə üzrə həyata keçirmək istədiyi innovasiyalara toxunur. Fürsətdən istifadə edib övladı ailə məktəbə qəbul olunan bütün valideynləri təbrik edirəm”.
Uzun illər idman mətbuatında çalışan, AFFA yanında Media Komitəsinin idarə heyətinin sədr müavini Araz Əhmədovun oğlu da ötən həftə tələbə adı qazanan abituriyentlərdəndi. O da sevincini bizimlə bölüşdü: ”Əvvəlcə onu bildirim ki, oğlum Alpay vaxtilə peşəkar səviyyədə futbolla məşğul olub. “İnter”in yetirməsidi. Onu da qeyd edim ki, vaxtilə Türkiyə millisində top qovan Alpay Öcalana simpatiyam olduğundan övladıma da onun adını qoymuşam. Bir müddət Rusiyada, daha dəqiqi, Kareliyada da top qovub. Son vaxtlar Ceyhun Haşımovun yanında hakimlik kurslarına qatılırdı. Lakin ali məktəbə hazırlıqla bağlı son vaxtlar təlimlərə qatılmadı. Uşaqlıqdan arzusu mühəndis olmaq idi ki, sonda istəyinə çatdı. O Neft və Sənaye Universitetinin energetika fakultəsinə qəbul olunub. İxtisas seçimi zamanı valideyn kimi seçiminə müdaxilə etmədik. İndiki gənclər müstəqil qərar qəbul etməyə üstünlük verir. Düzdü, bir ata kimi daim onun gündəlik həyatına nəzarət edirəm. Ancaq ixtisas seçmək, sevdiyi peşə üzrə ali təhsil almaq sırf insanın ürəyindən gələn bir istəkdi. Ona və bu il tələbə adı qazanan bütün gənclərə dərslərində müvəffəqiyyətr arzulayıram”.
Daha bir həmkarımız, idman mətbuatında “əmi” kimi tanınan Natiq Muxtarlının oğlu da tələbə adı qazanmaqla valideynlərini sevindirib: “Oğlumun kiçik yaşlarından iki sahəyə həvəsi var idi: rəssamlığa və futbola. İslam Kərimovun rəhbərliyi altında məşq edirdi. Bir müddətdən sonra ona “futbolda yaşanan bütün xoşəgəlməzliklərdən xəbərdaram, odu ki, sən daha çox təhsilinə fikir ver“ deyib, idmandan uzaqlaşdırdım. Mənim istəyimə uyğun ikinci qrupa hazırlaşırdı. Ancaq hiss edirdim ki, uşaq nəsə sıxılır. Və bir gün mənə “ata, mən rəssam olmaq istəyirəm” söylədi. Onun bu sözlərindən sonra sənətşünas Ziyadxan Əliyevlə məsləhətləşdim və onun tövsiyəsi ilə müəllim yanına göndərdik. Məlum oldu ki, oğlum rəssamlıqda daha böyük uğur qazana bilər. Jurnalistika da yaradıcı sahə olduğundan, açığı, bir qədər övladımın bu sahəyə üz tutmasından narahat idim. Bu yolda çətinliklərin nə olduğu bizə məlumdu. Ancaq sonda övladım sənədlərini 5-ci qrupa verib Rəssamlıq Akademiyasına qəbul olundu. Ümid edirəm ki, seçdiyi ixtisas üzrə gələcəkdə xalqımızın, vətənimizın adını zirvələrə qaldıra biləcək mütəxəssislərdən biri olmağı bacaracaq. Ali məktəbə daxil olan gəncləri və onların sevincinə şərik olan hamını bir daha təbrik edirəm”.
Sonda biz də “Futbol+” olaraq, bu yay tələbə adı qazanan bütün gənclərə uğurlar arzulayırıq.
RƏŞAD
Şərh yaz